Icma.az
close
up
RU
Fərid Şahbazlı: “Uşaqları yalnız real həyatda deyil, rəqəmsal mühitdə də qorumalıyıq”

Fərid Şahbazlı: “Uşaqları yalnız real həyatda deyil, rəqəmsal mühitdə də qorumalıyıq”

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti ilə tənzimlənməsi məsələsinə qadağa kimi deyil, onların hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönəlmiş addım kimi yanaşmaq lazımdır”.

"Ölkə.az" xəbər verir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı bildirib.

QHT sədrinin sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanların davranışlarına və düşüncə tərzinə təsir göstərən güclü mexanizmə çevrilib:

“Yetkin insanların belə təsirindən qorunmaqda çətinlik çəkdiyi alqoritmlərin qarşısında uşaqların tam müdafiəsiz qalması ciddi narahatlıq doğurur. Cəmiyyət olaraq uşaqların məktəbə getməsini, avtomobil idarə etməsini və əmək fəaliyyətinə başlamasını müəyyən yaş hədləri ilə tənzimləyiriksə, onların psixoloji inkişafına birbaşa təsir edən rəqəmsal mühitə girişinin də müəyyən qaydalar çərçivəsində tənzimlənməsi məntiqli görünür”.

Fərid Şahbazlı qeyd edib ki, sosial şəbəkələrin fəaliyyət modeli uşaqlar üçün əlavə risklər yaradır:
“Bu platformalar istifadəçinin diqqəti uğrunda mübarizə aparır. Onların biznes modeli insanların ekranda daha çox vaxt keçirməsinə əsaslanır. Uşaqlar isə bu sistemdə sadəcə istifadəçi deyil, onların davranışları, maraqları və reaksiyaları analiz olunan bir auditoriyaya çevrilirlər. Buna görə də uşaqları yalnız real həyatda deyil, onlayn məkanda da qorumalıyıq”.

Baş redaktor vurğulayıb ki, məqsəd texnologiyaya qarşı çıxmaq deyil, uşaqların rəqəmsal dünyaya hazırlıqlı şəkildə daxil olmasını təmin etməkdir:

“Texnologiyalar müasir həyatın ayrılmaz hissəsidir. Məqsəd uşaqları bu imkanlardan məhrum etmək deyil, onların texnologiyadan təhlükəsiz və şüurlu istifadə etməsinə şərait yaratmaqdır. Necə ki, məktəbdə dərs keçməzdən əvvəl əlifbanı öyrənmək lazımdır, eləcə də sosial şəbəkələrdən istifadə etməzdən əvvəl rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi bacarıqları formalaşmalıdır”.

F.Şahbazlının fikrincə, uşaqların sosial şəbəkələrə çıxışının yaş məhdudiyyəti, valideyn nəzarəti və rəqəmsal savadlılıq proqramları ilə birlikdə tənzimlənməsi gələcək nəsillərin sağlam inkişafına xidmət edən mühüm preventiv addımdır:
“Güclü dövlət yalnız öz sərhədlərini deyil, həm də vətəndaşlarının, xüsusilə uşaqların psixoloji və mənəvi təhlükəsizliyini qorumağı bacaran dövlətdir. Bu gün rəqəmsal təhlükəsizlik məsələsi cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan strateji məsələlərdən biridir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri