Icma.az
close
up
RU
“Dünyada informasiya çeşidliliyi yaşanır” Fərid Şahbazlı

“Dünyada informasiya çeşidliliyi yaşanır” Fərid Şahbazlı

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müasir texnologiyaların sürətli inkişafı insanlar üçün əl çatanlıqla yanaşı bir sıra ciddi problemlər yaradır”.
 

Bu sözləri Manset.az-a açıqlamasında  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı media savadlılığı haqqında danışarkən bildirib.

O, qeyd edib ki, bu kimi problemlərdən biri də çox sayda informasiyanın yayılması və onun real mənbəyini dəqiqləşdirmək imkanının məhdud olmasıdır. Əlbəttə ki belə bir şəraitdə də ortaya media savadlılığı çıxır.

“İnsanlar indi ötən dövrlə müqayisədə hər hansı bir informasiyanı qəbul edərkən daha diqqətli olmalı, onu təhlil etməli, mümkün qədər bir neçə mənbədən dəqiqləşdirmək yolu ilə doğruluğuna əmin olmalıdır. Bu təkcə jurnalistlərə aid məsələ deyil. Həm də oxuculara aid məsələdir. Çünki əgər jurnalistlər xəbər hazırlayırsa, oxucularda onu oxumaqla dəyər qazandırır. Bu mənada media savadlılığı yayılan xəbəri daha diqqətli təhlil edərək qəbul etmək anlamına gəlir. Yəni hər bir jurnalist ona daxil olan informasiyanı jurnalistikanın ana prinsiplərinə uyğun olaraq bir neçə mənbədən dəqiqləşdirməli, informasiyanın ilkin mənbəyini, etibar olunacaq bir qaynağın olub-olmadığını müəyyən etməldir. Bu çox vacibdir. Çünki dünyada artıq informasiya təhlükəsizliyi son dərəcə vacib bir anlayışa çevrilib. Yəni bu gün dünyanın müxtəlif güc mərkəzləri, dövlətləri bir-birilərinə qarşı iqtisadi-siyasi hücumlarla yanaşı, həm də informasiya hücumları təşkil edirlər”.

Fərid Şahbazlı hesab edir ki, biz belə bir şəraiti 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə müxtəlif güc mərkəzlərinin ölkəmizə qarşı təşkil etdiyi hücumları adi formada görmüşük.

“ Mən hesab edirəm ki , informasiyanın təhlükəsizliyinə biz xüsusilə diqqət ayırmalıyıq. Yəni biz jurnalistlər sosial şəbəkə üzərində yayılan hər hansı bir xəbəri mütləq araşdıraraq onu geniş kütlələrə mütləq çatdırmalıyıq. Eyni zamanda oxucularda özləri üçün etibarlı informasiya mənbəyi müəyyən etməlidir. Yəni bu gün biz sosial şəbəkələr üzərindən, ayrı-ayrı media qurumları üzərindən saxta başlıqlarla çoxsayda xəbərlərin yayılmasının şahidi oluruq. Oxucu da artıq özü bir neçə dəfə belə hala rast gəlirsə onu ziyarət etməkdən çəkinməlidir. Bu son dərəcədə vacibdir ki, dünyada kibercinayətkarlıq sürətlə inkişaf edir. Media savadlılığının aşağı olması səbəbindən insanlar bu kibercinayətkarlıq yolu ilə gələn müxtəlif dələduzluq olaylarının qurbanına çevrilir. Süni intellektin inkişafında həm müsbət, həm də mənfi tərəfləri var. Çünki süni intellekt vasitəsilə istənilən bir faktı tamamilə təhrif edərək cəmiyyətə müxtəlif formada təqdim etmək mümkündür. Bütün bunlar hamısı həm jurnalistlərdən, həm də oxuculardan, hədəf kütləsindən, media ilə bağlı diqqətli olmaq, xəbərləri təhlil edərək qəbul etmək öhdəliyini bizim qarşımıza qoyur. Şübhəsiz ki, bu istiqamətdə maarifləndirmək işi həm dövlət qurumları tərəfindən, həm də ictimai təşkilatlar tərəfindən mütəmadi  olaraq aparılmalıdır. Dünyada süni intellektin yaranması ilə hazırlanmış xəbəri jurnalist əməyi ilə hazırlanan xəbərdən ayırmaq məsələsi xüsusən gündəmə gəlir. Ona görə də hesab edirəm ki, müxtəlif maarifləndirici tədbirlər, kurslar təşkilinə ehtiyac var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 24 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri