Fərid Şəfiyev: Azərbaycana qarşı Yaxın Sərq mövzusunda dezinformasiya kampaniyası aparılır
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycana qarşı Yaxın Sərq mövzusunda dezinformasiya kampaniyası aparılır.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycana qarşı kampaniya əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır. pizza mizza
F. Şəfiyev TDT daxilində parçalanma yaratmağa xidmət edən bu qəbildən olan kampaniyalar da aparıldığını deyib. Buna misal kimi Avropa İttifaqı ilə Orta Asiya ölkələrinin keçirdiyi yüksək səviyyəli tədbiri misal gətirib:
"Bəzi geosiyasi aktorlar belə müəyyən görüşlər çərçivəsində təşkilatın gündəliyinə zərər vurmağa cəhd edirlər".
Onun sözlərinə görə, beyin mərkəzlərinin bu gün keçirdiyi konfrans məhz belə dezinformasiya kampaniyalarına qarşı həll yollarını tapmağa kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















