Icma.az
close
up
RU
Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 iyun, AZƏRTAC

Bir çox ekspert və siyasətçi çoxtərəfliliyin böhranından bəhs etsə də, müharibələr və qarşıdurmalar diplomatiya və çoxtərəfli əməkdaşlığın zəruriliyini daha da aktuallaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Beyin Mərkəzlərinin Forumunun birinci günündə (2026 SCO Think Tank Forum) plenar sessiyada çıxışı zamanı səsləndirib.

ŞƏT-in regional və qlobal məsələlərin həllinə yönəlik koordinasiyalı platforma olmasına diqqət çəkən F. Şəfiyevin sözlərinə görə, qurum çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var: “Təşkilatın genişlənməsi müəyyən çətinliklərlə müşayiət olunur, çünki konsensus əldə etmək getdikcə çətinləşir. Məsələn, Azərbaycanın tərəfdaş statusunu yüksəltmək istəyi bir üzv dövlət tərəfindən bloklanır.

Konsensus prinsipi üzv dövlətlərin bərabərliyini əks etdirdiyi üçün öz əhəmiyyətini qoruyur. Bununla yanaşı, təşkilat elə mexanizmlər formalaşdırmalıdır ki, hər hansı bir üzv dövlət çoxluğun dəstəklədiyi təşəbbüslərin həyata keçirilməsinə uzun müddət mane ola bilməsin. Təşkilat üzvlərinin sayı artdıqca milli maraqlardakı fərqlər səbəbindən qərarların qəbulunda çətinliklər və ləngimələr yarana bilər. Buna görə də, kompromisi təşviq edən, məsləhətləşmələri gücləndirən və dövlətlər arasında alternativ əməkdaşlıq imkanları yaradan prosedurların tətbiqi təşkilatın həm səmərəli fəaliyyət göstərməsinə, həm də inklüziv xarakterini qorumasına kömək edə bilər”.

BMTM sədri, həmçinin ŞƏT-in Qlobal Cənub ölkələrinə yönəlik yanaşmasının təşkilatın çoxtərəfli mexanizmlərinin daha səmərəli işləməsinə, Qlobal Cənub ölkələri üçün bərabər imkanların təmin olunmasına və region dövlətlərinin prioritetlərinin qorunmasına xidmət etməsinə də diqqət çəkib: “Qeyd etmək istərdim ki, ŞƏT-ə üzvlük Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət prioritetlərinə uyğun gələn iqtisadi, siyasi, strateji imkanlar və üstünlüklər vəd edir,”- deyə Fərid Şəfiyev nitqini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri