Icma.az
close
up
RU
Fəridin və hər bir fərdin Dövlət babası!

Fəridin və hər bir fərdin Dövlət babası!

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Fərid Səfərlinin vətənə qaytarılması xəbəri hər bir azərbaycanlı üçün qürur və sevinc mənbəyidir. Bu hadisə bir daha göstərir ki, müstəqil Azərbaycan dövləti öz vətəndaşının hüquq və mənafelərinin müdafiəsini yüksək dərəcəli prioritet hesab edir və bu yöndə qətiyyətli addımlar atır. İki illik ayrılıqdan sonra Fərid Səfərlinin ailəsi, doğmaları ilə görüşməsi, doğma Vətənə qovuşması dövlətin qüdrətinin daha bir örnəyi kimi yadda qalacaq.
Bu cür halların həlli təkcə hüquqi məsələ deyil, həm də milli dəyərlərimizin, insana verilən yüksək qiymətin təzahürü və səciyyəsidir. Müstəqil Azərbaycan dövləti öz vətəndaşlarının müdafiəsi üçün beynəlxalq arenada əzmlə çalışıb. Mübariz İbrahimovun nəşinin gətirildiyi, şəhid gizirimizin nəşi düşmən əlindəykən ona Milli Qəhrəman adı verildiyi, erməni zabitlə münaqişə zəminində ömürlük həbsə düşən vətəncanlı, bayraqcanlı zabitimiz Ramil Səfərovun Macarıstandan, habelə doğma Kəlbəcəri ziyarətə gedərkən tutulan Dilqəm Əsgərov, Şahbaz Quliyev və b. mülki vətəndaşlarımızın, hərbçilərimizin Ermənistandan - həbsxanadan qurtarılaraq, vətənə qaytarıldığı tarixi günləri xatırlayıram. Daha ötən ilin sonlarında - məlum uçaq hadisəsi ilə bağlı dövlətimizin, şəxsən dövlət başçımızın nümayiş etdirdiyi mövqe unudulmazdır.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti bizə necə tarixi anlar yaşadıb! O, hər bir azərbaycanlının Prezidentidir.
Dövlətimizin, dövlət başçımızın əzmkarlığı qürur qaynağımızdır!
Bu cür uğurlar həm də ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasına, milli birliyin güclənməsinə töhfə verir. Azərbaycan Respublikasının Prezidenti və aidiyyəti qurumlar, özəlliklə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, bir daha sübut etdilər ki, Azərbaycan hər bir vətəndaşı dəyərlidir. Bir daha sübut olundu ki, vətəndaş yiyəsiz deyil, onu düşünən və darda qoymayan Dövlət baba var!
Fərid Səfərlinin vətənə qayıdışı, dövlətin insan mərkəzli siyasətinin uğurudur.
Tanrı hər bir ailəyə öz doğmasını qucaqlamaq sevincini nəsib etsin!
Müstəqil Azərbaycan Respublikasının sözü həmişə ötkün, bayrağı həmişə uca olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Yanvar 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri