Icma.az
close
up
RU
Fəridin anası açıqlama yaydı KONKRET

Fəridin anası açıqlama yaydı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

18 yanvar 2025-ci ildə İranda həbsdən azad edilərək, Azərbaycana təhvil verilən Fərid Səfərlinin anası açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, F.Səfərlinin anası Dilarə Əsgərova övladının 685 gündən sonra azad edildiyini xatırladıb.

“Əlbəttə, istəyərdim daha tez olsun, amma açığını desəm, Fərid haqqında SEPAH və ya İran rejiminin “məhkəmələri”nin dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidi ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona, “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”, – deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fəridlə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”, – o qeyd edib.

D.Əsgərova eyni zamanda İrandakı səfirimizə, səfirliyin əməkdaşlarına və mövzunu gündəmdə saxlayan mediaya da təşəkkür edib:

“Fəridin başına gələnlər haqqında bütövlükdə danışsam, düşünürəm ki, bəlkə də bir kitab yazmaq olar. Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki, niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır və s. Və düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir. Deyir, bütün bu işləri görən adamlar azanın səsi gələndə tez prosesi dayandirib, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi.

Bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH terrorçuları, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.

İstintaqın ilk 51 günü kiçik bir otaqda, tək-tənha, asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə bizə kömək göstərəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see269

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see258

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see240

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see232

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see212

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see209

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see205

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see204

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see204

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see197

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see196

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see196

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see190

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see189

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see187

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see185

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see183

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see179

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see178

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri