Icma.az
close
up
RU
Fəridin Vətən sevgisi FOTO

Fəridin Vətən sevgisi FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Vətən, torpaq sevgisi Fərid Quliyevin canına, qanına ana südü ilə birgə hopmuşdu. Odur ki, 44 günlük haqq savaşımızda doğma Azərbaycanın bütövlüyü uğrunda sinəsini sipər etməyi bacardı. Özü şəhid olsa da, Vətəni canı, qanı bahasına alınmaz qalaya çevirdi.
Bu hünərlə Fəridin ömrü qısa oldu, amma torpağına, elinə-obasına məhəbbət mücəssəməsinə döndü, şərəfli həyatı əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazıldı. Ölümsüzlüyə qovuşan qəhrəmanımız həm də dövlət tərəfindən "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Fərid Ayazxan oğlu Quliyev 1994-cü ildə Cəlilabad rayonu, Babalı kəndində dünyaya göz açıb. Təmiz, müqəddəs bir ailə ocağında boy atıb müstəqil həyata qədəm qoyan Fəridin yaxşı işləri, xeyirxah əməlləri tez də ona hörmət, nüfuz qazandırır. Vətən eşqi, el sevdası qəlbinə hakim kəsilmiş gənc bir qayda olaraq erməni dığaların Qarabağımızın işğalına qarşı barışmaz mövqe ortaya qoyur. Odur ki, əsgərlik yaşı çatanda yağıdan qisas almaq məqsədilə 2012-ci ildə ordu sıralarına böyük həvəslə yola düşür. Cəbhə bölgəsində xidmət etməklə Vətəni göz-bəbəyi kimi qoruyur. Köksündə əsl qəhrəman ürəyi döyünən Fərid komandirlərin, əsgərlərin sevimlisi olur.
Fərid əsgərlik həyatını üzüağ başa vurur. Amma müqəddəs Qarabağımızın düşmən tapdağında qalması ona rahatlıq vermir. Qeyrət qanı coşan Vətən sevdalısı 2019-cu ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinə yazılır. İlkin hazırlıq kursunu keçdikdən sonra 13.03.2020-ci il tarixdən xidmətini davam etdirmək üçün Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinə göndərilir. Fərid xidmətini kəşfiyyatçı kimi davam etdirmək istəyirdi. Odur ki, arzusu nəzərə alınır. Qazax əlahiddə sərhəd diviziyasında nümunəvi xidmət etməklə bərabər, həm də hər an işğalçı düşməndən Vətən torpaqlarının qisasını alacağı günü gözləyir. Məqsədinə nail olmaq üçün hərbi təlimlərdə həvəslə iştirak etməklə bütün sınaqlardan uğurla keçir. Həmçinin Ermənistanla bilavasitə həmsərhəd ərazilərdə xidmət çətin olsa da, bir o qədər Fərid bununla qürur duyur və öz vəzifələrinin öhdəsindən layiqincə gəlir...
Sentyabrın 27-də 44 günlük haqq savaşımız başlayanda kiçik gizir Fərid Quliyev birbaşa odun-alovun içinə atılır. Sinəsini Vətənə sipər edib məkrli düşmənin kabusuna çevrilir. Əsl qəhrəman olduğunu isə döyüş meydanında erməni dığalarına qan uddurmaqla bildirir. Xocavənd rayonu ərazisində iştirak etdiyi bir-neçə ölüm-dirim savaşında çoxlu sayda dığanı, onların texnikasını məhv edir.
Lakin onun döyüş yolu qısa oldu, o, böyük Zəfəri görə bilmədi. 9 oktyabrda Hadrutda gedən ağır müharibə meydanında qəfil atılan yağı gülləsinə tuş gəlir və 26 yaşlı Fəridin döyünən ürəyi əbədi olaraq

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri