Icma.az
close
up
RU
Fermer danaya 1500 2000 manat xərcləsə: 240 manat subsidiya alacaq

Fermer danaya 1500 2000 manat xərcləsə: 240 manat subsidiya alacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kənd Təsərrüfatı Nazirliyi qərar verib ki, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə, kəsim zamanı hər kq diri çəki üzrə 0,4 manat (40 qəpik) məhsul subsidiyası veriləcək – yəni, 600 kq diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya ala bilərsən. 

Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənən heyvanları, ortalama, 300-350 kq diri çəkisi olanda kəsirlər. 

Məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kq olanda kəsmə, onları yedizdir, 600 kq olanda kəs, sənə 240 manat subsidiya verəcək . Yəni güya Məhəmməd dayını təşviq edirlər. İngilis dilini bilməyən, amma mal-qaranın dilini-dərdini yaxşı bilən Məhəmməd dayı indi otutub hesablayır ki, öz cöngəsinin çəkisini daha 250 kq artırmaq, onu bordamaq üçün (bu sözü məmurlar bilməz) daha çox yem lazımdır. 

Ətlik üçün bəslənən dana gündə ortalama 25–50 kiloqram arasında ümumi yem (ot, silos və qüvvəli yem qarışığı) istehlak edir. Dayı öz danasını, bir ilə yaxın bəsləməlidir ki, çəkisi 350 kq-dan, 600-700 kq-ya gəlsin”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, hesablamanı da təqdim edib: 

“Bu da gündə: 

- Qüvvəli yem və kəpək: 5–7 kq (1 kq 0.45–0.60 AZN), 2.50 – 4.00 AZN

- Qaba yem (Yonca, ot, saman balyası): 10–12 kq, 1.50 – 2.50 AZN 

- Silos/Çuğundur jomu və mineral qatqılar: 0.50 – 1.00 AZN 

- Cəmi günlük xərc: 4.50 – 7.50 AZN (aylıq təxminən 140 – 220 AZN)

Məhəmməd dayı 1 il danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600+ kq çəkəyə çatdırmaq üçün ildə 1500-2000 manat xərcləməlidir. Hələ mən bunun əziyyətini, zülmünü demirəm ki, axırda ingilisdilli məmurlar ona 240 manat versin. 

Şəhərdə böyüyən, camışa “əjdaha” deyən nəslin ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələri, belə bir subsidiyalaşma düşünüblər...”

Xəzər
“Cebheinfo.az” 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri