Icma.az
close
up
RU
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının mövsüm başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verən yeni mexanizm yaradılır.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsinin hazırlanması aqrar sahədə yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur. 

Layihəyə əsasən, məhsul şəhadətnaməsi fermerlərin mövsümdən əvvəl maliyyə resursları əldə etməsinə imkan verən maliyyə aləti olacaq. İstehsalçı hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və ya təchizatçılara təklif edə biləcək.

Məhsul şəhadətnaməsinin iki növü, maliyyə və əmtəə şəhadətnaməsi nəzərdə tutulur.

Maliyyə məhsul şəhadətnaməsi zamanı fermer aldığı maliyyə qarşılığında gələcək məhsulun satışından əldə edəcəyi vəsaiti banka, bank olmayan kredit təşkilatına və ya digər şəhadətnamə sahibinə ödəmək öhdəliyi götürəcək. Əmtəə məhsul şəhadətnaməsində isə borcun əvəzində gələcəkdə yetişdiriləcək kənd təsərrüfatı məhsulunun özünün tədarükçüyə verilməsi nəzərdə tutulacaq.

Layihədə fermerlər üçün əsas üstünlüklərdən biri zəruri vəsaitin istehsal prosesindən əvvəl əldə olunmasıdır. Tədarükçülər isə gələcəkdə alacaqları məhsulla bağlı əvvəlcədən təminat əldə edə biləcəklər. Bank və digər maliyyə qurumları üçün də aqrar sektorda yeni maliyyələşdirmə aləti yaradılacaq.

Diqqətçəkən məqamlardan biri də məhsul şəhadətnaməsi üzrə öhdəliyin yerinə yetirilməməsi halında tətbiq ediləcək mexanizmdir. Layihəyə görə, məhsul şəhadətnaməsinin özü icra sənədi hesab ediləcək və daxil olduğu gündən dərhal icraya yönəldiləcək. Bununla öhdəliyin pozulması zamanı daha çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə icra prosedurunun tətbiqi nəzərdə tutulur.

Şəhadətnamələr “Elektron kənd təsərrüfatı” sistemi üzərindən buraxılacağından onların tərtibi və notarial təsdiqi ilə bağlı xərclərin də aradan qalxacağı bildirilir.

Bundan başqa, məhsul şəhadətnaməsinin sahibi kənd təsərrüfatı məhsulunun yetişdirilməsi və ilkin emalı prosesini monitorinq edə biləcək. Layihəyə əsasən, bu mexanizm məhsulun tələb olunan keyfiyyətdə istehsalına nəzarətin gücləndirilməsinə və “tarladan süfrəyə” prinsipinin tətbiqinə şərait yaradacaq.

Qanun layihəsinin kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri