Icma.az
close
up
RU
Fermerlər niyə məhsullarını aşağı qiymətə satmağa məcbur qalırlar

Fermerlər niyə məhsullarını aşağı qiymətə satmağa məcbur qalırlar

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bir müddət əvvəl fermer Emin Həsənovun təsərrüfatında əldə etdiyi südü alış qiymətinə etiraz əlaməti olaraq yerə tökməsi məhsulun fermerdən alış qiyməti məsələsini yenidən gündəmə gətirib. Fermerdən südün bir litrini 15 qəpiyə almaq istəyirlər. O, bu qiymətin gəlir bir tərəfə dursun, heç heyvanların yem xərclərini qarşılamadığını vurğulayırdı. Sosial şəbəkələrdə yayılan görüntüdən sonra süd toplayan məntəqələrdən ona sentyabrdan etibarən südü 60 qəpikdən alacaqları bildirilsə də, fermer bu qiyməti də qənaətbəxş hesab etmir. Digər tərəfdən, marketlərdə südün litri 2.5-3 manata satılır. Fermerdən alınan südlə marketdə satılan süd arasında qiymət fərqi bu qədər böyük olmalıdırmı?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu qiymət təsərrüfat xərclərini qarşılamır"

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədovun sözlərinə görə, Azərbaycanda süd istehsalı ilə bağlı əsas problem mal-qaranın məhsuldarlığı ilə bağlıdır: "Əvvəlki illərin statistikasında ölkədə təxminən 2 milyon 200 min baş iri buynuzlu mal-qara var idi. İndiki statistik göstəricilərə görə isə bu rəqəm təxminən 300 min baş azalıb. Bu da həm ət, həm də süd və süd məhsulları üzrə idxaldan asılılığın artmasına səbəb olur. Burada əsas məsələ yalnız mal-qaranın sayını artırmaq deyil. Daha vacib məsələ yüksək məhsuldar və damazlıq cinslərin sayının artırılmasıdır. Azərbaycanda hazırda bir inəkdən orta hesabla gündə 7-11 litr süd alınır. Halbuki yüksək məhsuldar cinslərdə bu göstərici əhəmiyyətli dərəcədə yüksək ola bilər".

X.Məmmədovun fikrincə, südün maya dəyərinin formalaşmasında yem də əsas amillərdən biridir: "Azərbaycanda qüvvəli yemlərdən istifadə səviyyəsi aşağıdır. Əgər bir heyvandan gündə cəmi 7 litr süd alınırsa və həmin süd 15 qəpiyə satılırsa, bu qiymətin nə təsərrüfatın xərclərini, nə də fermerin yaşayış xərclərini qarşılaması mümkündür".

"Orta satış qiyməti 75-90 qəpikdir"

Ekspert bildirib ki, bütün fermerlərin südü 15 qəpiyə satdığını düşünmək düzgün deyil. Azərbaycanda südün orta satış qiyməti təxminən 75-90 qəpik arasında dəyişir: "Süd emalı müəssisələri də südü orta hesabla bu qiymət aralığında alırlar. Ayrı-ayrı hallarda hansısa fermerin südünü 15 qəpiyə satması və ya bu qiymətdən başqa alıcı tapa bilməməsi mümkündür. Südün qiymətinin formalaşmasında tədarük məsələsi də mühüm rol oynayır. Emal müəssisəsinin kəndlərdən və rayonlardan süd toplamaq üçün göndərdiyi nəqliyyat vasitələri və bunun yaratdığı xərclər alış qiymətinə təsir edir. Buna görə fermerin südünü ədalətli qiymətə sata bilməsi üçün düzgün tədarük və təchizat zəncirinin qurulması vacibdir. Azərbaycanda bir sıra rayonlarda süd emalı müəssisələri mövcud olsa da, onların fəaliyyət göstərmədiyi hallar da var. Bunun əsas səbəblərindən biri son məhsulun maya dəyərinin yüksək olması və həmin məhsulların daxili bazarda rəqabət aparmaqda çətinlik çəkməsidir. İdxal olunan süd məhsulları da qiymət baxımından yerli istehsalçıları sıxışdırır".

"Yem təminatı da yaxşılaşdırılmalıdır"

X.Məmmədov hesab edir ki, məhsuldarlığın artırılması üçün yem təminatı da yaxşılaşdırılmalıdır: "Yüksək məhsuldar mal-qara lazımi yemlə təmin edilmədikdə həm südvermə qabiliyyəti aşağı düşür, həm də heyvanın sağlamlığı ilə bağlı problemlər yaranır. Əgər heyvandarlıqda yüksək məhsuldar, damazlıq mal-qaranın sayı azdırsa, qüvvəli yem istehsalının artırılması da kifayət qədər effektiv nəticə verməyəcək. Yerli cins mal-qara az süd verdiyi üçün fermer bahalı qüvvəli yem almaqda maraqlı olmur".

"Fermerin qiymət danışıqlarında mövqeyi zəifdir"

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə düşünür ki, regionlarda südün qiymətini müəyyənləşdirən tərəf çox vaxt satıcı deyil, azsaylı alıcılardır: "Süd toplama məntəqələrinin bir, ən yaxşı halda iki şirkət tərəfindən idarə edildiyi ərazilər var. Bu halda alıcı qiymətə ciddi təsir göstərmək və onu müəyyənləşdirmək imkanına malik olur. Nəticədə fermerin qiymət danışıqlarında mövqeyi zəifləyir. Digər mühüm məsələ südün tez xarab olan məhsul olmasıdır. Xüsusilə yay aylarında südün saxlanma müddəti çox qısadır. Fermerin südü qorumaq və soyutmaq imkanı yoxdursa, o, məhsulu ya aşağı qiymətə satmağa, ya da sata bilmədiyi halda itirməyə məcbur qalır. Füzulidə baş verən hadisəyə də bu baxımdan yanaşmaq olar".

A.İsmayılov bildirib ki, burada əsas məsələlərdən biri fermerin alternativ alıcısının olmamasıdır: "Əgər regionda südü yalnız bir və ya iki şirkət toplayırsa, fermer həmin alıcılardan asılı vəziyyətə düşür. Bu vəziyyətdə rəqabətin artırılması və süd toplayan alıcıların sayının çoxaldılması vacibdir. Kiçik ailə təsərrüfatlarının kooperativ şəkildə birləşməsi də fermerlərin bazardakı mövqeyini gücləndirə bilər. Bir neçə təsərrüfat birlikdə daha böyük həcmdə süd sata, soyutma və saxlama üçün ümumi infrastruktur yarada və alıcılarla daha əlverişli şərtlərlə danışıq apara bilər".

Süd üçün minimum alış qiyməti müəyyənləşdirilsin

İqtisadçının fikrincə, əgər müəyyən regionlarda südün qiymətini faktiki olaraq alıcı müəyyənləşdirirsə, bu münasibətin tənzimlənməsi üçün mexanizmlər nəzərdən keçirilə bilər. Məsələn, müəyyən hallarda süd üçün minimum alış qiymətinin müəyyənləşdirilməsi kimi yanaşmalar tətbiq oluna bilər ki, fermer məhsulunu maya dəyərindən aşağı qiymətə satmağa məcbur qalmasın.

A.İsmayılovun sözlərinə görə, fermer üçün alternativ variantlardan biri südü emal edərək pendir və ya kərə yağı kimi məhsullara çevirməkdir. Lakin bu, problemin köklü həlli deyil: "Əsas məsələ fermerin xammalını rəqabətli bazarda ədalətli qiymətlə sata bilməsinə şərait yaratmaqdır. Bunun üçün rəqabətin artırılması, süd toplayan məntəqələrin və emal müəssisələrinin sayının çoxaldılması, istehsalçıların kooperativlərdə birləşməsi və fermerlə alıcı arasında daha balanslı münasibətin yaradılmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri