Icma.az
close
up
RU
Fermerlər üçün tarla seminarı keçirilib

Fermerlər üçün tarla seminarı keçirilib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru a.e.d., dosent Vüqar Səlimov tərəfindən Qax rayonunda budama ilə bağlı tarla seminarı keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd Qax rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub.

Öncə rayonda üzümlüklərdə aqronomik tədbirlərin elmi əsaslarla həyata keçirilməsində çətinlik çəkən, məhsuldarlıq və məhsulun keyfiyyəti baxımından istənilən nəticə əldə olunmayan fermer təsərrüfatları müəyyən edilib.

Seminarda tarla şəraitində budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib. Qeyd edilib ki, quru budama üzümün sort xüsusiyyəti, tənəyin becərildiyi şərait, torpağın münbitliyi, tənəyin forması, məhsulun istifadə istiqaməti, becərilmə texnologiyası və s. asılı olaraq aparılır. 

Bu zaman fermerlər bəzi çətinliklərlə qarşılaşırlar. Budama zamanı optimal yük normasının (tənəkdə saxlanılan bar zoğlarının, gözcüklərin miqdarı, bar zoğlarının kəsilmə uzunluğu) müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə (quraqlığa, yüksək temperatura və s.), xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır.

Bildirilib ki, budamanın əsas məqsədləri tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi, bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi, tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi, dərmanlama, məhsul yığımı və s. 
əməliyyatların asanlaşdırılması, tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. azaldılmasıdır. 

Dəmyə və suvarılan ərazilərdəki üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri, o cümlədən diferensial aqrotexnika və son illər iqlim dəyişikliyi ilə əlaqədar meydana çıxan problemlər nəzərə alınaraq tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri