Icma.az
close
up
RU
Lerikdə üzümçü fermerlər üçün tarla seminarları keçirilib

Lerikdə üzümçü fermerlər üçün tarla seminarları keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən Lerik rayonunda “Yeni üzüm bağlarının salınmasında innovativ yanaşmalar” və “Üzüm bağlarında budama qaydaları” mövzularında tarla seminarları keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki,

üzümçülük və şərabçılıq məhsullarının istehsal texnologiyasının təkmilləşdirilməsi, brendləşdirilməsi, müxtəlif ekoloji-coğrafi şəraitdə yetişdirilən yerli və introduksiya olunmuş texniki üzüm sortlarının texnoloji potensialının qiymətləndirilməsi, onların texnoloji istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədilə üzüm sortlarının makro və mikrozonalar üzrə düzgün yerləşdirilməsi vacib şərtlərdəndir.

Seminarlarda qeyd olunub ki, üzüm bağının salınması və bərpası zamanı öz kökü üstündə bitən və fillokseraya davamlı calaqaltılara calaq edilmiş tinglərdən istifadə edilir. Tinglərin əl ilə çalalara əkilməsi, onun köklərini 15-18 santimetr uzunluqda saxlamağa imkan verir ki, bu da tənəklərin daha yaxşı inkişaf etməsini və daha tez bara düşməsini təmin edir. Çalanın eni 35-40 santimetr, dərinliyi isə tingin uzunluğundan 10-15 santimetr artıq olmalıdır. Qazılmış çalanın dibinə 3-5 kiloqram torpaqla qarışdırılmış çürüntü və 100 qram superfosfat, yaxud nitroammofoska tökülür. Ting düz saxlanılaraq köklər bərabər şəkildə açılır və aşağı yönəldilir. Çalalar yarıya qədər torpaqla doldurulur. Torpaq ayaqla sıxlaşdırılır və sulanır (hər çalaya 8-10 litr su tökülür). Torpaq suyu çəkəndən sonra çalalar bütövlüklə quru torpaqla doldurulur. Çalanın üstündə zoğun yuxarı gözcüyünü 3-4 sm örtmək şərtilə təpəcik düzəldilir.

Təlimdə hazırda üzümçülükdə ən vacib aqrotexniki tədbirlərdən birinin quru budama olduğunu qeyd edilib. Üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı vacib məqamlar vurğulanıb. Seminar zamanı xüsusilə məhsulun yüksək və keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi, budamanın aparılma vaxtı və qaydaları haqqında fermerlərə tövsiyələr verilib.

Bildirilib ki, quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. Belə ki, qısa budama (kəsmə) zamanı dib gözləri barlı olan üzüm sortlarında zoğlar 1-3 gözə kəsilməlidir. Bu zaman iki illik budaqdan 0,5 santimetr məsafədə yerləşən gözlər nəzərə alınmır. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər. Bunlar da tənəyə verilən formadan, tənəyin boy gücündən, torpaq-iqlim şəaitindən asılıdır. Orta budama (kəsmə) zamanı bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir. Uzun budama (kəsmə) zamanı isə zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər. Bu göstəricilər konkret olaraq kəsmə növlərindən, torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq müəyyən edilir.

Tədbirin sonunda fermerlərə üzümçülükdə budama, aqrotexniki qulluq işləri, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşura və bukletlər paylanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri