Icma.az
close
up
RU
Fərqanə Dövlət Universitetində “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert

Fərqanə Dövlət Universitetində “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində Fərqanə Dövlət Universitetində geniş bədii konsert proqramı təqdim olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib

Fərqanə Dövlət Universitetinin rektoru Bahodirjon Şerməhəmmədov bildirib ki, Azərbaycan hər zaman Özbəkistan xalqına mənəvi cəhətdən yaxın olub. Rektor vurğulayıb ki, iki xalq arasındakı dərin humanitar bağlar bu gün də möhkəmlənməkdədir və bu kimi tədbirlər tələbələrin bir-birinin mədəni irsini daha dərindən öyrənməsinə şərait yaradır. O əlavə edib ki, belə təşəbbüslər gənclər arasında qarşılıqlı hörmət və mədəni yaxınlaşmanı daha da gücləndirir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin sözlərinə görə, Azərbaycan və Özbəkistan prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yaranan və möhkəmlənən müttəfiqlik humanitar əlaqələrin inkişafına geniş imkanlar açır və həyata keçirilən mədəni layihələr bu strateji tərəfdaşlığın ardıcıl davamını təşkil edir. O əlavə edib ki, tədbirin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunması xüsusi rəmzi məna daşıyır. Direktorun sözlərinə görə, B.Vahabzadənin zəngin poetik irsi Azərbaycan ədəbiyyatının və bütöv Türk dünyasının mənəvi xəzinəsinin mühüm hissəsidir və ortaq dəyərlərin yaşadılmasına xidmət edir.

Konsert proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Orxan Cəlilov və Rəvanə Əmiraslanlının yüksək məharətlə təqdim etdikləri vokal ifalarla açılıb. Hər iki sənətçi Azərbaycan musiqisinin melodik dərinliyini, klassik vokal məktəbinin gücünü və səhnə mədəniyyətini auditoriyaya böyük ustalıqla çatdırıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası da zəngin bir proqramla çıxış edib. Truppa Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinə müraciət edərək bu klassik operettanın müxtəlif məqamlarını səhnədə canlandırıb. Ardınca kollektivi “Qayınana” tamaşasına aid bir-birini tamamlayan müxtəlif məqamların bədii təqdimatı izləyicilərə təqdim olunub.

Konsertin proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblı da maraqlı təqdimat verib.

Azərbaycan musiqisinin, teatrının və rəqs incəsənətinin təqdim edildiyi bu proqram Fərqanə ictimaiyyətində yüksək mədəni təəssürat yaradaraq “Azərbaycan sənət və ədəbiyyat günləri”nin ən parlaq bədii hadisələrindən birinə çevrilib.

-1 / 8

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri