Icma.az
close
up
RU
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib

Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 14 may, Günel Karatepe, AZƏRTAC

Türkiyədə “Azərbaycan Kinosu Günləri” davam edir.

AZƏRTAC xəbər verir ki, kino günləri Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Layihəyə əsasən, mayın 15-dək İstanbulun fərqli məkamlarında son illər Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş Azərbaycan filmləri nümayiş etdirilir.

“Azərbaycan Kinosu Günləri” ilə bağlı növbəti tədbir İstanbul Universitetində keçirilib. Burada “Tənha insanın monoloqu” bədii filmi nümayiş etdirilib. Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyevdir.

Ekran əsəsrinin nümayişindən əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasındakı yüksəksəviyyəli münasibətlərdən danışıb. Kino günləri haqqında məlumat verən Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində reallaşdırılan layihələri qeyd edib.

Universitetin kommunikasiya fakültəsinin radio-televiziya və kino bölməsinin rəhbəri Onur Akyol Azərbaycanın zəngin mədəniyyətinin daima Türkiyədə maraqla qarşılandığını deyərək iki öllkə arasındakı tarixi dostluq və qardaşlıq bağlarını vurğulayıb.

Kino sənətinin incəsənətin mühüm bir qolu olduğunu vurğulayan bölmə rəhbəri filmin nümayişinin tələbələr üçün əhəmiyyətindən bəhs edib.

Tədbirdə eyni bölmənin dosenti Ümid Sarının “Tənha insanın monoloqu” filmi barədə təhlili dinlənilib.

Sonra filmə baxış keçirilib.

Nümayişin ardından rejissor Emin Əfəndiyev tələbələrin filmlə bağlı suallarını cavablandırıb.

Tədbirin moderatoru İstanbul Universitetinin kommunikasiya fakültəsinin doktorantı Seide Ömer isə bu ali təhsil müəssisəsinin tələbələrinin Azərbaycan filmlərinin elmi məqalə və tezislərində daima təhlil etdiklərini, yeni filmlərimizin gələcəkdə tələbələr tərəfindən elmi araşdırma mövzularına daxil edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri”ndə iştirak məqsədilə ölkəmizdən Mədəniyyət Nazirliyinin sektor müdiri Günay Rəhimova, Kino Agentliyinin kino mədəniyyətinin təbliğatı şöbəsinin aparıcı məsləhətçisi Turan Məmmədli, Film Fondunun arxiv şöbəsinin müdiri Rəşad Qasımov, rejissorlar Elxan Cəfər və Emin Əfəndi, eləcə də aktyorlar Gülzar Qurbanova və Elşən Rüstəmovdan ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see162

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see159

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see150

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see150

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see121

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri