Icma.az
close
up
RU
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb

Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” davam etməkdədir. Bu tədbirlər çərçivəsində Fərqanə Dövlət Universitetində xalqımızın görkəmli ədəbiyyat nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı olub.

525.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində universitetin rektoru Bahodirjon Şerməhəmmədov və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli iştirak edərək yeni yaradılmış auditoriyanı rəsmi şəkildə istifadəyə veriblər.

Universitet rektoru çıxışında Əlişir Nəvainin hikmətli misralarını xatırladaraq Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən mənəvi və tarixi bağların dərinliyini xüsusi vurğulayıb. O əlavə edib ki, iki ölkə arasında humanitar və mədəni əməkdaşlığın genişlənməsi, xüsusilə universitetlərarası əlaqələrin möhkəmlənməsi gənclərin bir-birinin dilini, ədəbiyyatını və mədəniyyətini daha yaxından tanımasına xidmət edir. Rektor qeyd edib ki, B.Vahabzadə yaradıcılığı iki qardaş xalqın ortaq ədəbi dünyagörüşünün mühüm sütunlarından biridir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyasının yaradılması iki ölkə arasında dostluq, qardaşlıq və humanitar əməkdaşlıq üçün yeni bir körpü rolunu oynayacaq. Vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən irəli sürülən yüksək səviyyəli siyasi dialoq bu kimi mədəni layihələrin həyata keçirilməsinə güclü dəstək verir və qarşılıqlı əməkdaşlığın davamlılığını təmin edir. Onun sözlərinə görə, bu məkan yalnız simvolik əhəmiyyət daşımır, həm də tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə dərslərin və elmi müzakirələrin aparılacağı praktik tədris mühiti kimi fəaliyyət göstərəcək. Direktor əlavə edib ki, auditoriya həmçinin birgə layihələrin, tələbə-müəllim görüşlərinin və ədəbi müzakirələrin keçirilməsi üçün açıq platforma olacaq.

Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyası həm tədris, həm də mədəni təqdimat məkanı kimi xüsusi zövqlə formalaşdırılıb. Auditoriyanın vizual tərtibatında Azərbaycan və Özbəkistan arasındakı dostluq və əməkdaşlığı simvolik şəkildə ifadə edən Prezident portretləri, dövlət bayraqları, eləcə də Azərbaycanın xəritəsi, gerbi və himninin bədii təqdimatı xüsusi konseptual əhəmiyyət kəsb edir.

Burada Xalq şairi Bəxtiyar Vahabzadənin portreti və yaradıcılığını tanıdan məlumatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fotoları, eləcə də Azərbaycan mədəni irsinin incəliklərini ifadə edən xalça və kəlağayı nümunələri auditoriyanın estetik ruhunu tamamlayır.

Kitab rəflərində Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi və humanitar əlaqələrinə dair geniş tematik spektri əhatə edən nəşrlər yer alıb. Auditoriyada həmçinin Azərbaycan mədəniyyətini simvolizə edən dekorativ-tətbiqi sənət nümunələri və xatirə suvenirləri nümayiş etdirilir.

Azərbaycan musiqi ənənəsini yaşadan tar, kamança və qaval kimi milli alətlər auditoriyanın mədəni təqdimatını daha da zənginləşdirir və bu məkanı tələbələr üçün həm mənəvi, həm də maarifləndirici bir mərkəzə çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri