Fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olan şəhər açıqlandı
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ötən tədris ilində ən çox fərqlənmə attestatı alanlar Sumqayıt məzunları olublar.
Modern.az Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalına istinadən bildirir ki, şəhərin məzunları bu sahədə respublika üzrə birincilik əldə ediblər.
Sumqayıtda keçən tədris ilində ümumilikdə 697 nəfər məzun fərqlənmə attestatı alıb. Onların 307-si IX, 390-ı isə XI sinif məzunu olub. İkinci yerdə Bakı şəhərinin Xətai (ümumilikdə 675), üçüncü yerdə Nəsimi rayonunun (ümumilikdə 635) məzunları qərarlaşıb.
Qeyd edək ki, fərqlənmə attestatları məzuna iki əsas meyara əsasən verilir. Bunun üçün məzunun bütün fənlər üzrə illik (yekun) qiymətləri “5” olmalı, buraxılış imtahanlarında hər bir fəndən minimum 75 bal toplamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















