Ferran Torres PSJ nin Liqa 1 də ilk qələbəsini şərh etdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın PSJ futbol klubunu hücumçusu Ferran Torres Liqa 1-in 4-cü turunda “Brest” üzərində 1:0 hesablı qələbəni şərh edib. Qeyd edək ki, ispaniyalı futbolçu komandasının yeganə qolunun müəllifi olub.
İdman.Biz xəbər verir ki, Ferran Torresin açıqlamasını klubun mətbuat xidməti dərc edib.
“Doğrudur, bu, bizim ən yaxşı oyunumuz deyildi. Düşünürəm ki, çox rəqabətədavamlı idik. Nəticədə, çətin olacağını bildiyimiz meydanda ilk qələbəmizi qazanmaq vacib idi. İndi dincəlmək və qarşıdakı həftəsonu bizim üçün çox vacib olan növbəti oyuna hazırlaşmaq üçün daha bir həftəmiz var.
Qoluma gəlincə, məşqçinin mənə nə qədər oyun vaxtı verməsindən asılı olmayaraq, komandaya həmişə kömək etmək və üzərimə düşəni yerinə yetirmək mənim üçün vacibdir. Bu, qol, məhsuldar ötürmə və ya meydandakı işim ola bilər”, - deyə Torres açıqlamasında bildirib.
Qeyd edək ki, bu qələbə PSJ-nin 2026/27 mövsümündə Liqa 1-də ilk 3 xalı olub.
Baxış sayı:46
Bu xəbər 14 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















