Ferraridən ayrılan Sayns ən yaxşı nəticəni göstərib İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyalı pilot Karlos Sayns karyerasında yeni səhifəyə uğurla başlayıb.
İdman.biz xəbər verir ki, Abu Dabidə keçirilən Formula-1-in mövsümsonrası testlərinin səhər sessiyasının nəticələrinə əsasən, dördqat Qran-Pri qalibi "Williams"ın sükanı arxasında ən sürətli vaxta imza atıb.
İlk dörd saatda Sayns ümumilikdə 60 dövrə vurub və 1.24,435 göstərici ilə təsnifatda birinci olub. İspaniyalının artıq keçmiş komanda yoldaşı "Ferrari"dən Şarl Lekler sessiyanı ikinci, "McLaren"dən Lando Norris isə üçüncü tamamlayıb.
Səhərin qalan nəticələrindən yalnız Yuki Tsunodanın "Red Bull" avtomobilində 11-ci yeri tutmasını qeyd etməyə dəyər. Yaponiyalı Saynsın ən yaxşı olan göstəricisinə bir saniyədən çox uduzub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















