Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ayın sonlarına yaxın Bakıda və Abşeron yarımadasında qarlı hava şəraitinin müşahidə olunacağı istisna edilmir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında da yağış yağır. Bu cür yağıntılı hava şəraitinin fevralın 15-nə qədər davam etməsi gözlənilir. Sabahdan etibarən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi və bir neçə gün ərzində sabit hava şəraitinin davam edəcəyi ehtimal olunur.
Hazırda qış mövsümünə uyğun olaraq növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ehtimalı böyükdür. Ölkəmizə şimal istiqamətindən soyuq hava kütlələrinin daxil olması gözlənilir. Bu cür soyuq hava siklonlarının daxil olması nəticəsində havanın temperaturunun enməsi və qar yağması kimi proseslərin müşahidə olunması istisna deyil. Odur ki, ayın sonlarına yaxın ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qarlı hava şəraitinin olması istisna edilmir”, - deyə N.Mahmudov bildirib.
Baxış sayı:65
Bu xəbər 14 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















