Icma.az
close
up
RU
Fəzail Ağamalı, yoxsa Elçin Ağamalı? İşdə məhkəmə yolu görünür

Fəzail Ağamalı, yoxsa Elçin Ağamalı? İşdə məhkəmə yolu görünür

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaranıb. Toplantıda təşkilatın yeni sədrinin seçilməsi məsələsi müzakirə edilib. Partiyanın sədri və keçmiş deputat Fəzail Ağamalı namizəd olmayıb. Onun yerinə iki övladı - oğlu Elçin Ağamalı və qızı, Milli Məclisin deputatı Günay Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqal da bundan sonra başlayıb. F.Ağamalı qızının tərəfinin tutub, oğlunun sədr olmasına qəti etiraz edib. Amma Elçin Ağamalı atasının narazılığına məhəl qoymayıb. O, namizədliyini səsverməyə çıxarıb. Özünün dediyinə görə 155 qurultay nümayəndəsindən 95-i ona səs verib. Lakin F.Ağamalı bunu qəbul etmir, hazırda partiya sədrinin özü olduğunu deyir. O, əvvəlcə sədr vəzifəsindən istefa etdiyini açıqlasa da, hadisədən sonra bu bəyanatını inkar edib.

Bəs qanun və partiyanın Nizanmanəsi nə deyir?

Ana Vətən Partiyasının Nizamnaməsinə əsasən, sədr təşkilatın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ali seçkili vəzifəli şəxs sayılır. Qurultay sədri seçir və səlahiyyətinə xitam verir. Sədrin səlahiyyət müddəti 5 ildir. Qurultayda sədr seçilmədiyi təqdirdə əvvəlki sədr öz işini davam etdirir. Partiya sədri istefa verdikdə və ya səlahiyyətlərini icra edə bilmədikdə onun vəzifələrini müvəqqəti olaraq onun müavinlərindən biri həyata keçirir. 

Hüquqşünas Xalid Ağalıyev “Yeni Sabah”a bildirib ki, siyasi partiyaların qurultayları nizamnaməyə əsasən çağırılır və keçirilir:

“Qurultayın gündəliyi yalnız sədr seçkiləri ilə məhdudlaşmır, idarə heyəti və digər partiya qurumlarının tərkibi də yenilənir və ya yenidən təsdiqlənir. Yəni, qurultay bütün bu prosedurları həyata keçirib nəticələri təsdiqlədikdən sonra öz işini başa çatdırmış sayılır. Bundan sonrakı mərhələdə qurultayın nəticələrinə müvafiq icra hakimiyyəti orqanında - Ədliyyə Nazirliyində “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunların işığında baxılmalı və təsdiqlənməlidir. Yalnız bundan sonra qurultayda qəbul edilmiş qərarlar hüquqi baxımdan qüvvəyə minmiş sayılır”.

Hüquqşünas vurğulayıb ki, hüquqi baxımdan hazırda Ana Vətən Partiyasının sədrinin əvvəlki qurultayda seçilmiş şəxs olduğunu söyləmək mümkündür. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi qurultayın nətcələrini təsdiqlədikdən sonra yeni sədr hüquqi baxımdan fəaliyyətə başlamış olacaq:

“Hazırkı durumda partiyanın qurultayının nəticələri ilə bağlı kifayət qədər dolaşıq, qeyri-müəyyən vəziyyət mövcuddur. Belə durumda qurultayın nəticələrinin rəsmi qaydada tanınmaması ehtimalı da az deyil. Qurultayın yekunlarının rəsmi tanınmasından imtina üçün müxtəlif əsaslar mövcud olmalıdır. Hazırkı dolaşıq durumda isə belə əsasların olub-olmadığını söyləmək çətindir. Ancaq yaxın təcrübədə belə hallar baş verib. Səhv etmirəmsə, mübahisəli olduğu üçün Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinin qeydiyyata alınmasından imtina olnumuşdu. Həmin işdə qurultay iştirakçılarından bir və ya bir neçə nəfər nəticələri məhkəmədə mübahisələndirmişdi. Ana Vətən Partiyasının işində də oxşar durumun yaşanması ehtimalı var”.

Vəkil Osman Kazımov isə “Yeni Sabah”a açıqlamasında deyib ki, AVP-nin qurultayı qarışıq keçib və ona görə də bu barədə fikir söyləmək çətindir: “Fəzail Ağamalı acığa düşdü və dediki istefa vermirəm. Ancaq onun istefasının səsə qoyulub-qoyulmaması, qəbul olunub-olunmaması barədə heç nə bilinmədi. Qısa informasiyalar verildi. İlk olaraq, onların nizamnaməsinə baxmaq lazımdır. Daha sonra aydınlaşdırmaq lazımdır ki, səsvermə həmin nizamnaməyə uyğun keçirilibmi? Ədliyyə Nazirliyində qeydiyyata alınması barədə də fikir söyləmək çətindir. Bunlar olduqca uzun prosesdir”.

O söyləyib ki, F.Ağamalı istefa verdiyini desə də, davadan sonra bunu inkar etdi: “ Onun istefasının qurultay tərəfindən qəbul edilib-edilməməsi bilinmir. Əslində, istefa səsə qoyulur və qəbul edilir. Sonra hansı məsələlərin müzakirə olunacağı müəyyənləşir. Fəzail Ağamalı isə dedi ki, burada bir məsələ var, o da təşkilatı məsələdir. Qurultayın keçirilməsi qeyri-müəyyən oldu. Ancaq qurultay istefanı qəbul edibsə, artıq Fəzail Ağamalı Ana Vətən Partiyasının sədri deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri