Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Fəzail Ağamalının arxivindən seçmələr Eks deputat FOTOLARDA

Fəzail Ağamalının arxivindən seçmələr Eks deputat FOTOLARDA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq deputat, Ana Vətən Partiyasının (AVP) keçmiş sədri Fəzail Ağamalı vəfat edib. O, 79 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. 1954-cü ildə birinci sinfə gedib və 1965-ci orta məktəbi bitirib. 1965-ci ilin noyabrından 1966-cı ilin uyun ayınadək Bakı şəhəri 1 saylı Evktikmə kombinatında fəhlə işləyib.
1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, 1972-ci ildə BDU-nun aspiranturasına qəbul olunub və 1978-ci ildə aspiranturanı bitirib.
1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973 - 1983-cü illərdə Naxçıvan Dövlət Pedoqoji İnstitutunda müəllim, baş müəllim işləyib. 1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri olub.
Sonra Bakı şəhərinə köçüb, 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışıb.
Fəzail Ağamalı uzun müddət siyasətçi kimi fəaliyyət göstərib. O, 1990-cı ildə qurulan və 1992-ci ildə dövlət qeydiyyatına alınan siyasi təşkilata – Ana Vətən Partiyasına rəhbərlik edib.
1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993– 1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olub.
Onun Ana Vətən Partiyasındakı sədrliyi 2025-ci ilədək davam edib.

Fəzail Ağamalı birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (1995-ci ildən 2024-cü ilədək).
Fəzail Ağamalı jurnalistlər üçün əlçatan siyasətçi idi. O, tez-tez mediada çıxışlar edən, parlament debatlarında söz alaraq milli siyasətə dair fikirlərini çatdıran, siyasi aktivliklə yadda qalan siyasətçi idi.
Son illərdə partiya daxilində liderlik məsələləri və övladları arasında qarşıdurma xəbərləri də mətbuatda geniş yer almışdı — bu, onun şəxsi və ictimai həyatının bir hissəsi kimi yadda qalacaq.
2022-ci ilin əvvəlində ağır ürək əməliyyatı keçirmişdi. 
Tarix elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına malik idi. O, “Şöhrət” ordeni ilə təltif edilmişdi.
F.Ağamalı üç övlad atası idi.

İk övladı Yalçın Ağamalı 52 yaşındadır. Yalçın Ağamalının iki universitet bitirib. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. 
Yalçın Ağamalı bir müddət keçmiş İqtisadi İnkişaf Nazirliyində çalışıb. Onun hazırda biznes fəaliyyətilə məşğul olduğu deyilir.
Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı qardaşından bir yaş kiçikdir. AVP sədrliyinə iddialı Elçin Ağamalı 51 yaşındadır. O da böyük qardaşı kimi iki ali təhsil alıb. Elçin Ağamalı Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasında ikinici ali təhsil alıb.
Bir müddət dövlət qulluğunda çalışıb, sonra iş adamı kimi fəaliyyət göstərib. 
O, Ana Vətən Partiyasında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, təşkilati məsələlər üzrə katib, beynəlxalq məsələlər üzrə müavin, Mərkəzin Aparatının rəhbəri, Mərkəzi Şuranın üzvü, İdarə Heyətinin üzvü olub.
Fəzail Ağamalının qızı Günay Ağamalı 43 yaşındadır. 2004-cü ildə Qərb Universitetini bitirib. 2004-2006-cı illərdə Azərbaycan Dillər Universitetində magistratura təhsili alıb. 2012-ci ildə ixtisasartırma ilə Azərbaycan Dövlət Pedoqoji Universitetində psixologiya ixtisasına yiyələnib. Tərcüməçi (ingilis dili) və praktik psixoloq ixtisaslarına malikdir.
İlk əmək fəaliyyətinə Azərbaycan Dillər Universitetində başlayıb. Universitetin nəzdindəki Tərcümə Araşdırmalar Mərkəzində əvvəlcə mütəxəssis, daha sonra baş mütəxəssis vəzifəsində çalışıb.
Günay Ağamalı 23 sentyabr 2024-cü il tarixində 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən VII çağırış Milli Məclisə deputat seçilib.
2026-cı ilin yanvarında Ana Vətən Partiyasının qurultayı keçirilib. Günay Ağamalı partiyanın yeni sədri seçilib.

Fəzail Ağamalı müstəqil Azərbaycanın siyasi həyatında uzun illər aktiv iştirak etmiş siyasətçi kimi müxtəlif fotolarda əks olunub. Bu fotolar onun fəaliyyət yolundakı müxtəlif anları əks etdirir.
Modern.az saytı mərhum siyasətçini xatırladan həmin fotoları təqdim edir:

1968-ci il - Tələbəlik dövrü...

1969-cu il - Əsgərlik təlimində...

1973-cü il - Həyat yoldaşı Suqra xanımla...

Naxçıvanda müəllim işləyərkən- Qayınatası, baldızı, həyat yoldaşı, övladları Yalçın və Elçinlə...

Naxçıvan, 1971-cü il - Orta məktəb müəllimi Fəzail Ağamalı həmkarları və şagirdlərilə...

1983-cü il - Gəncədə Texnologiya İnstitutunda kafedra müdiri kimi...

1985-ci il - Mərkəzi Komitənin ideoloji katibi Ramiz Mehdiyev Gəncə Texnologiya İnstitutuna gəlib...

1986-cı ilin mayı - Fəzail Ağamalı Gəncədə oğlanları ilə parada çıxıb.


1984-cü il, Gəncə -  Uşaqları və yoldaşı ilə birlikdə...

1996-cı il - Anası, atası, həyat yoldaşı, qızı, bacıları və yeznələrilə toyda...

İkinci oğlu Elçin Ağamalının nişan mərasimi - 2000-ci il.


1994-cü il - Ana Vətən Partiyasının yığıncağı keçirilir.

1999-cu il - Ona ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşı diplomu təqdim olunur...

2000-ci il - Parlament seçkisi zamanı Yevlaxda Seyid Yusif Ağanın evində...

1998-ci il - Milli Məclisin deputatı, gələcək Prezident İlham Əliyevlə birgə...

Zeynəb Xanlarovanın yubileyində  - Həyat yoldaşı ilə birgə...

2000-ci il - Ana Vətən Partiyasının 10 illiyi - Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov təbrikə gəlib.

Praqa şəhəri - Həyat yoldaşı ilə...


Deputat həmkarları ilə birgə II Yekaterinanın sarayında...


2000-ci il - Azərbaycanlı deputatlar Sankt-Peterburqda axşam gəzintisinə çıxıblar.


Salyanda xəstəxana açılışı - Prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev, rayonun deputatı Fəzail Ağamalı...

2007-ci il - Sərhəd bölgəsinə səfər...

Fəzail Ağamalının sevdiyi portret şəkli.

2005-ci il - Naxçıvanda Əshabi-kəhv ziyarəti...


Bacısı oğlunun toyunda...


Fəzail Ağamalı nəvələrinin əhatəsində...

Oğlu, gəlini və nəvələrilə...

Milli Məclisdə iclas vaxtı...


Fəzail Ağamalı nəvələrinin Şaxta babası kimi...
Hazırladı: A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri