Icma.az
close
up
RU
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri SİYAHI

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri SİYAHI

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar "La Vida" və "Altus" Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. 2005-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış "La Vida" hazırda passiv vergi ödəyicisidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev.67/71, m.114-də yerləşir. Şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2021 və 2022-ci illərdə hər il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

"Altus" MMC isə 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, m. 10-da yerləşir. "Altus" şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3923.19 manat vergi borcu da mövcuddur. Bundan əlavə, şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2013, 2015-2017, 2020-2025-ci illərdə hər il üzrə 40 manat (2022-ci ildə isə iki hal üzrə 80 manat) maliyyə sanksiyası tətbiq edilib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Milli Məclisin deputatı Günay Ağamalı isə "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisidir. "Buta" 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 12 D, 999-cu məhəllədə yerləşir. Bağçaya Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə müvafiq olaraq, 120, 80, 40, 40, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. "Buta" ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilbi ki, 4,5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır. Bağçanın satışa çıxarıldığı, qiymətinin isə 1 milyon 500 min manat olduğu göstərilib. 

Bundan əlavə, ötən il "Aqrarkredit" QSC kredit müqaviləsinə dair mübahisələrlə bağlı Fəzail Ağamalı, övladları Günay və Elçini, eləcə də nəvələri Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu, "Agricola" şirkətini və İmanova Suğra Sevindik qızı adlı vətəndaşı məhkəməyə verib. Həmin vaxt Fəzail Ağamalı açıqlama verərək deyib ki, kredit bir müddət əvvəl "Agricola" şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb. Bu baxımdan kreditin ödənilməsində müəyyən problem yaranıb. Məhkəmə söhbətindən sonra "Aqrarkredit"in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub. Sonradan iddiaçı tərəf də məhkəməyə ərizəsini geri götürüb.

Xatırladaq ki, oktyabrın 25-də Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.

AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri