Icma.az
close
up
RU
FHN Ağstafada təlim keçirdi Video

FHN Ağstafada təlim keçirdi Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyi Ağstafa rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Ağstafa rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili və bu tədbirlərin icra vəziyyətindən danışaraq, göstərilən sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin zəruriliyindən bəhs edib.

Müşavirədə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Kompleks təlimə ümumilikdə 303 nəfərdən ibarət şəxsi heyət və 62 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri