Icma.az
close
up
RU
FHN in dələduzluq əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

FHN in dələduzluq əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qafar Əkbərlinin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin olunub, Binəqədi Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib, ona 1 il 7 ay 14 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və Qafar Əkbərli məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.
Qeyd: İstintaq materiallarına əsasən məlum olub ki, Qafar Əkbərli Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) 4-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin böyük mühəndis-inspektoru vəzifəsində işləyib. O, xidməti mövqeyindən sui-istifadə etməklə dələduzluq əməlləri törədib.
Belə ki, təqsirləndirilən şəxs FHN-in sözügedən qurumdaçalışdığı müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın texniki müayinələrin “müsbət rəy” alması ilə bağlı vətəndaşlara qarşı aldatma yolu ilə pul tələb edib.
 

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Südçülük sovxozu ərazisində yerləşən “Güldən” tekstil tikiş sexinə çıxarış alınması prosesində zərərçəkmiş L.L.-ə (adı, soyadı şərtidir) guya nazirlikdə yüksək vəzifədə çalışan tanışı vasitəsilə müsbət rəy almağa kömək edə biləcəyini deyib. Bunun üçün 4 min manatı rüşvət qismində verilməsinin zəruri olmasını zərərçəkmişdən götürüb və şəxsi ehtiyaclarına sərf edib.


Digər epizod üzrə, Qafar Əkbərli 2024-cü ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən “Caspian” mehmanxanasına çıxarış alınması ilə bağlı eyni üsulla hərəkət edib. Obyektə baxış zamanı su hovuzunun olmaması səbəbindən sənədlərə müsbət rəy verilməyəcəyini bildiyi halda, yenidən guya yüksək vəzifəli tanışının olması barədə yalan məlumat verərək 10 min manat tələb edib. Daha sonra zərərçəkmiş B.B. (adı, soyadı şərtidir) ilə razılaşaraq “Hollywood” şadlıq sarayının qarşısında görüşdüyü zaman həmin məbləği alıb və mənimsəyib.
İstintaqın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs hər iki zərərçəkmişi aldadaraq ümumilikdə 14 min manat pul vəsaitini ələ keçirib və bununla da təkrarən dələduzluq yolu ilə özgənin əmlakını mənimsəyib. (Pravda.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri