FHN in tabeliyində olan qurumun 67 minlik tenderi ləğv edildi
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun laboratoriya avadanlıqları, cihazları və qurğularının profilaktikası, sazlanması xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 67 605 AZN olub.
Cabir Həsənov


