Icma.az
close
up
RU
Cəmiyyətin psixi xəstələrə münasibəti dəyişməlidir Sosioloq

Cəmiyyətin psixi xəstələrə münasibəti dəyişməlidir Sosioloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bakıda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə bayram günlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Gənc qız küçədə naməlum səbəbdən 61 yaşlı Məmmdəov Hikmət Abbas oğlu öldürüb. Məlumata görə, qətli törədən şəxs ruhi xəstə olub.

Faktla bağlı araşdırma aparılır.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, təəssüf ki, 21-ci əsrin ilk rübünü tamamlamış olsaq da, hələ sə psixi sağlamlıq məsələləri Azərbaycanda tabu statusundadır:

“Yəni danışılmır, sorğulanmır. Adətən “başını itirib” kimi alçaldıcı ifadələrlə anılır. Halbuki, psixi sağlamlıq da ən az fiziki sağlamlıq qədər vacibdir və ictimai təhlükəsizliyin mühüm sütunlarından biridir.  Amma təəssüf ki, cəmiyyətdə ruhi xəstəlik daşıyan insanlar qüsurlu şəxsiyyət kimi damğalanır və bu da onların vaxtında diaqnoz və müalicə almasına ciddi maneə yaradır. Amma unudulur ki, bir insanın psixi probleminin olması, onun hüquqlarının və təhlükəsizliyinin önəminin zəifləməsi anlamına gəlmir. İctimai nəzarət və sosial xidmət strukturları bu mövzuda ya tam passivdir, ya da reaktiv yanaşma sərgiləyir: yəni yalnız faciə baş verəndən sonra hərəkətə keçirlər. Halbuki, önləyici modellər, erkən diaqnoz, psixoloji monitorinq, ailələr üçün maarifləndirmə və sosial dəstək daha səmərəli və daha effektivdir. Məsələn, Skandinaviya ölkələrində hər məhəllədə fəaliyyət göstərən icma psixoloqları var, bizdə isə hələ də ailələr psixoloqu “ayıb” sayıb qonşudan gizlədir. Daha problemli tərəf isə, bu insanların “potensial cinayətkar” kimi etiketlənməsidir. Əslində, statistik olaraq ruhi xəstələr cinayət törətməyə meyilli deyil, amma, media sağ olsun, biz onları adətən bu cür hadisələrlə tanıyırıq. Bu, həm stiqmanı gücləndirir, həm də müalicə olunmaq istəyənlərin sayını azaldır. Nəticə etibarilə, bu kimi hadisələr yalnız fərdi faciə deyil, həm də sosial sistemin (səhiyyə, sosial xidmət, təhsil) kollektiv iflasıdır. Cəmiyyətin psixi sağlamlıq məsələlərinə yanaşması dəyişməyincə, bu tip “gözlənilməz” cinayətlər təəssüf ki, qaçılmaz olaraq qalacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri