Icma.az
close
up
RU
Bayraq sistemindən xəbərsiz çimərliklər: Standartlar pozulur, qiymətlər uçur

Bayraq sistemindən xəbərsiz çimərliklər: Standartlar pozulur, qiymətlər uçur

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay mövsümünün başlanması ilə çimərlik mövzusuna maraq artıb. Lakin ekoloqlar xəbərdarlıq edirlər:
Azərbaycanın çimərliklərinin əksəriyyəti nə beynəlxalq standartlara, nə də insan sağlamlığına uyğundur.
Mövzu ilə bağlı “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Musavat.com-a danışıb. O bildirir ki, ölkəmizdə çimərliklər hələ də sistemsiz və pərakəndə şəkildə fəaliyyət göstərir:
“Çimərliklər həcminə, sahəsinə və adam tutumuna görə bir neçə kateqoriyaya bölünür. 200 nəfərə qədər olan birinci, 200-1000 nəfərlik ikinci, 1000-dən yuxarı isə üçüncü kateqoriyaya aiddir. Amma Azərbaycanda bu standartlara cavab verən çimərlik yoxdur”.

Həsənovun sözlərinə görə, beynəlxalq normalara görə birinci kateqoriyalı – yəni bütün standartlara cavab verən – çimərliklərə “göy bayraq” verilir. İkinci kateqoriyaya yaşıl, üçüncüyə isə sarı bayraq təqdim olunur. Lakin Azərbaycanda bu rəngli təsnifata düşən rəsmi çimərliklər yoxdur:

“Hövsan və Şıxovda bir neçə ictimai çimərlik yaradılıb, müəyyən qədər qaydalara uyğunlaşır. Amma bu çox azdır. Əksər çimərliklər kommersiya məqsədi daşıyır, qiymətlər bahadır, əksəriyyətin ora getmək imkanı yoxdur”.

Ekoloq bildirir ki, bəzi sahələrdə kafelərin, restoranların çoxluğu artıq çimərlik anlayışını sıradan çıxarıb:
“Beynəlxalq norma tələb edir ki, çimərlik ərazisinin yalnız 8 faizi xidmət sahələrinə – kafe, restoran və s. ayrılmalıdır. Amma məsələn, Bilgəhdə insanlar bundan şikayətçidir. Orada restoranlar o qədər çoxdur ki, sahil boyu normal istirahət etmək olmur”.

Ekoloqun dediyinə görə, standartlara görə çimərlik ərazisi aşağıdakı kimi bölünməlidir:

30% yaşıllıq sahəsi,
40% istirahət zonası,
8% xidmət sahələri (restoran, kafe və s.)
10% idman zonası (futbol, voleybol)
5% piyada yolları,
7% uşaq əyləncə zonası,

Bundan əlavə, hər bir şəxsə minimum 2 kvadratmetr yer düşməlidir. Avtomobillər çimərlik zonasına daxil olmamalı, dayanacaqlar 700-1000 metr məsafədə yerləşdirilməlidir.

S. Həsənov bildirir ki, çimərliklərdə yalnız xilasetmə xidməti deyil, tibbi personal, təlimatçılar, sanitar qovşaqlar da mütləq şəkildə təmin olunmalıdır. Əraziyə yaxın çirkli suyun dənizə axıdılmasına isə qəti qadağa qoyulmalıdır:

“Hər il çimərlik mövsümünün əvvəlində dəniz suyunun çirklənmə səviyyəsi ölçülməli və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Bundan əlavə, səs-küy səviyyəsi 45 desibeldən artıq olmamalıdır. Qısa müddətdə isə maksimum 80 dB(A) qəbul olunur”.

Bütün bu tələblər və reallıqlar fonunda məlum olur ki, Azərbaycanda çimərlik turizmi hələ də ciddi çatışmazlıqlarla üzləşir. İctimai və pulsuz çimərliklər azlıq təşkil edir, kommersiya məqsədilə fəaliyyət göstərənlər isə həm qiymət, həm də keyfiyyət baxımından insanları qane etmir.

Ekoloqların fikrincə, dənizə çıxışı olan bir ölkədə bu vəziyyət qəbuledilməzdir və ciddi nəzarət və islahat tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyun 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri