Icma.az
close
up
RU
“Son zəng”də məzunlara avtomobili kriayə verənləri nə gözləyir? RƏSMİ AÇIQLAMA VİDEO

“Son zəng”də məzunlara avtomobili kriayə verənləri nə gözləyir? RƏSMİ AÇIQLAMA VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İyunun 14-ü ölkənin bütün bölgələrində "Son zəng" tədbirləri keçiriləcək. Hər il olduğu kimi bu il də məzunlar üçün bu gün xüsusi anlam daşıyır. Bəziləri üçün məktəblə vidalaşma, bəziləri üçün isə özünüifadə və yadda qalmaq fürsətidir.
Bu həyəcanlı günə hazırlaşan onbirincilər arasında xüsusi avtomobillərlə şəhərdə gəzmək, şəkil çəkdirmək və sosial şəbəkələrdə paylaşmaq artıq bir ənənəyə çevrilib. Sosial mediada və elan saytlarında "Son zəng üçün günlük maşın kirayəsi" elanları günbəgün artır. Bəzi şagirdlər valideynlərinin nəqliyyat vasitələrini əldə etməyə çalışsa da, bir çoxları isə daha fərqli görünmək və yadda qalan anlar yaşamaq üçün xüsusi maşınları kirayələməyə üstünlük verir. 
Bəs bu elanlar nə dərəcədə realdır? 18 yaşına çatmayan, sürücülük vəsiqəsi olmayan şagirdlərə bu avtomobillər necə təqdim olunur?
Avtosfer.az olaraq məsələni araşdırmaq üçün bir neçə belə elan sahibi ilə əlaqə saxladıq. Aldığımız cavablar göstərdi ki, əgər avtomobili kirayə götürən şəxs 18 yaşına çatmayıbsa və sürücülük vəsiqəsi yoxdursa, onlara avtomobil yalnız peşəkar sürücü ilə birlikdə təklif olunur. Yəni, şagirdlər sükan arxasına keçmir – yalnız sərnişin qismində avtomobildən istifadə edə bilirlər.


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektrou, polis baş leytenantı Elvin Hacıyev saytımıza açıqlamasında bildirib ki, inzibati qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə olunmasına, sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsinə, eləcə də nəqliyyat vasitəsinin bu hüquqa malik olmayan şəxslərə etibar edilməsinə görə İnzibati Xətalar Məcəlləsində ciddi inzibati tənbeh tədbirləri nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq, hüquqi və fiziki şəxsləri, o cümlədən, valideynləri və digər məsul şəxsləri azyaşlılara nəqliyyat vasitələrinin verilməsinin yolverilməzliyi barədə bir daha xəbərdar edirik. Bu istiqamətdə mübarizə tədbirlərimiz qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdiriləcək.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri