Icma.az
close
up
RU
FHNin İdmansağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

FHNin İdmansağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə il ərzində komandaları idman yarışlarında fəal iştirak etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərləri və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək 2024-cü ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in 2024-cü ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş qurumları İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, əldə olunan yüksək nəticələrə görə bir sıra qurum rəhbərlərinə xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə media nümayəndələri də təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri