FHNin Muğan Regional Mərkəzi təlim keçirib
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.
Bu barədə Missiya.Az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimə FHN-in Muğan Regional Mərkəzi və Salyan rayon Yanğından Mühafizə Hissəsinin, TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin hadisə zamanı aidiyyəti qurumların effektiv və əlaqəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
"Təlim zamanı yanğınsöndürənlər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” operativ söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən xilasedicilər tərəfindən təxliyə edildikdən sonra onlara ilk tibbi yardım göstərilib", - məlumatda qeyd olunub.

Baxış sayı:125
Bu xəbər 07 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















