Fidan Hacıyeva: Ankarada keçirilən konsert Azərbaycan Türkiyə qardaşlığının parlaq təzahürü oldu VİDEO FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankarada, Hacı Bayram Vəli Universitetində Azərbaycan-Türkiyə qardaşlığına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə gecənin iştirakçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva məlumat verib.
"Qardaşlığımız əbədidir" adlı konsert proqramı Türkiyədə Azərbaycan Respublikasının Səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində təşkil olunub. Konsert proqramında Azərbaycanın Xalq artistləri Fidan Hacıyeva və Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat çıxış edərək Azərbaycan və Türkiyə musiqi mədəniyyətinə aid sevilən və seçilmiş əsərləri səsləndiriblər.
Fidan Hacıyeva bildirib ki, Azərbaycan və Türkiyə təkcə ortaq tarix və mədəniyyətlə deyil, həm də vahid mənəvi məkanla bir-birinə bağlıdır. Onun sözlərinə görə, musiqi xalqlar arasında ən güclü körpülərdən biridir və bu cür tədbirlər nəsildən-nəslə ötürülən qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Xalq artisti Ankarada çıxış etməyin və Türkiyə tamaşaçısının səmimi, isti münasibətini hiss etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb və konsertin Azərbaycan-Türkiyə qardaşlığının parlaq bir hadisəsinə çevrildiyini qeyd edib.
Tamaşaçıların böyük marağına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Zəngəzur" Azərbaycan xalq rəqsləri kollektivinin rəngarəng və dinamik çıxışları da səbəb olub.
Konsert proqramı Azərbaycan-Türkiyə qardaşlığının mədəni sahədə parlaq təzahürü kimi yadda qalıb və tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















