FİFA dan yeni qayda təklifi: futbolçular gözləməli olacaq
Qol.az saytına istinadən Icma.az xəbər verir.
FİFA matçlarda oyunun tempinin qorunması və vaxt itkisinin qarşısını almaq məqsədilə yeni qayda tətbiq etməyi təklif edib.
QOL.az xəbər verir ki, BBC-nin bu barədə yaydığı məlumata görə, tibbi yardım alan futbolçular meydanı tərk etdikdən sonra bir dəqiqə ərzində oyuna qayıda bilməzlər.
Qaydanın qüvvəyə minməsi üçün layihə futbol qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir. Hazırda bu məsələ ilə bağlı vahid qayda yoxdur və liqalar öz tövsiyələrini tətbiq edirlər.
Məsələn, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümündən bəri tibbi yardımdan sonra oyunçular meydandan kənarda 30 saniyə gözləməli olurlar.
Xatırladaq ki, FİFA buna bənzər qaydanı daha əvvəl Ərəb Millətlər Kubokunda sınaqdan keçirib. Həmin vaxt futbolçuların tibbi yardımdan sonra meydandan kənarda keçirməli olduğu müddət iki dəqiqə olaraq müəyyən edilib.
Qeyd edək ki, bu təklif futbol matçlarında süni vaxt itkisinin minimuma endirilməsi hədəfi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















