FİFA prezidenti gələn il keçiriləcək seçki ilə bağlı planını açıqladı
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
FİFA-nın hazırkı prezidenti Canni İnfantino qurumun rəhbəri vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" İnfantinoya istinadən məlumat yayıb.
"Əlbəttə ki, gələn il martın 18-də tarixində keçiriləcək seçkilərdə namizəd olacağam. Mənim proqramım və ya şüarım çox sadə, lakin bir o qədər də aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur". Biz məhz buna çalışırıq. FİFA olaraq hədəfimiz budur. Biz hər kəsə xəyal qurmaq, iştirak etmək, oynamaq, inkişaf etmək və böyük oyunçularla digərləri arasındakı uçurumu azaltmaq imkanı vermək istəyirik".
İnfantino bu yaxınlarda kommersiya hüquqlarının – xüsusilə də dünya çempionatının təşkili hüququnun – ötürüləcəyi "FIFA Forward Enterprise" (FFE) adlı törəmə şirkətin yaradılması planı ilə bağlı qalmaqalın mərkəzində qalmışdı. FİFA təşkilati məsələlərin təxminən 20 faizini yeni investorlara 4,2 milyard dollara satmağı planlaşdırırdı.
Bu təşəbbüs isə UEFA-nın kəskin reaksiyasına səbəb olub. Avropanın li futbol qurumu plan ləğv edilməyəcəyi təqdirdə, FİFA turnirlərini boykot edəcəyi ilə hədələmişdi. CONCACAF və Asiya Futbol Konfederasiyası da bu təşəbbüsə qarşı çıxmışdı. Nəticədə, İnfantino satış fikirindən daşınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Sentyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















