FİFA və İFAB dan yeni qadağa “Vinisius qanunu”nu təsdiqləndi
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
FİFA və İFAB irqçiliklə mübarizəni gücləndirmək və “Vinisius qanunu”nu təsdiqləmək barədə razılığa gəlib.
"Ölkə.az" xəbər verir ki, AS nəşrinin məlumatına görə, bu qanun futbolçuların rəqibə müraciət edərkən ağzını bağlamasını qadağan edəcək.
Bu qərarın qəbuluna “Benfika”nın vingeri Cianluka Prestianni ilə “Real”ın ulduzu Vinisius Junior arasında Çempionlar Liqasının pley-off mərhələsində baş verən insident səbəb olub.
Fevralın 28-də keçirilən İFAB assambleyasında futbolçulara rəqiblə danışarkən ağzını köynək və ya hər hansı digər əşya, o cümlədən əllə örtmək qadağan edilməsi qərara alınıb. Bu təşəbbüsün ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qədər təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off oyununda Prestianni ilə Vinisius arasında mübahisə yaşanıb. Epizodların birində Prestianni braziliyalı futbolçuya müraciət edərkən ağzını köynəyi ilə örtüb. Oyundan sonra onun Vinisiusu irqi zəmində təhqir etdiyi barədə iddialar yayılıb.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Fevral 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















