FIFA ya qadın rəhbərlik edəcək? Blatter namizədini açıqladı FOTO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter qurumun rəhbəri postuna - Canni İnfantinonun yerinə Norveç nümayəndəsi Liza Klavenessin namizədliyini təklif edib.
Moderator.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
"Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, yeganə insandır ki, həmişə aydın mövqe tutub və axın istiqamətində getməyib. FIFA üçün vaxt çatıb ki, təşkilata qadın rəhbərlik etsin", - deyə Yozef Blatter yazıb.
45 yaşlı Liza Klaveness Norveç milli komandasının keçmiş futbolçusudur. 2022-ci ildə o, Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti seçilib.
Canni İnfantino korrupsiya qalmaqalları səbəbindən istefa verən Blatteri əvəzləyərək, 2016-cı ilin fevral ayından bəri FIFA-ya rəhbərlik edir. FIFA-nın növbəti prezidentinin seçkiləri 2027-ci ilin mart ayına təyin edilib və Mərakeşdə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















