Icma.az
close
up
RU
“Fikirlərim niyə yanlış anlaşıldı, bilmirəm” Səyyad Aran MM də baş verənlərdən danışdı

“Fikirlərim niyə yanlış anlaşıldı, bilmirəm” Səyyad Aran MM də baş verənlərdən danışdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasında deputat Səyyad Aranın səsləndirdiyi fikirlər və arqumentlər sərt reaksiya ilə qarşılandı. Səyyad Aranın həmin fikirləri hansı məqsədlə ifadə etdiyini öyrənmək üçün deputatla əlaqə saxladıq.

Globalinfo.az Səyyad Aranla müsahibəsini təqdim edir:

– Səyyad bəy, parlamentdə tarixi abidələrin bərpa edildikdən sonrakı taleyi və ümumiyyətlə, onların təmirinin hansısa iş adamlarına həvalə edilməsi ilə bağlı səsləndirdiyiniz fikirlər, irəli sürdüyünüz təklif niyə belə sərt qarşılandı?

– Bilmirəm… Siz də şahid oldunuz ki, mən hansısa fərqli niyyətlə fikir bildirmədim. Gündəmə gətirdiyim məsələ bu gün əsas prioritet olmalıdır. Hamı təmirdən, bərpadan danışır – bəs sonra? Dünən də dediyim kimi, bu proses belə qalmamalıdır. Tarixi abidələrin sonrakı taleyi müzakirə edilmir, necə olacağı bilinmir. Mənim fikirlərim niyə yanlış anlaşıldı, bilmirəm. Halbuki dediyim fikirlərin müəyyən əsaslandırması da var.

– Sizcə, bu gün hansı tarixi abidələrin təmirə ehtiyacı var?

– Ümumilikdə deyirəm. Bir çox abidələr var ki, təmirə ehtiyacı var. Bunlar da müəyyən iş adamlarına həvalə edilməlidir. Əksər abidələr bərbad gündədir. Onlar itib gedir, dağılır, sökülür. Tarixi irs, bizim milli mənsubiyyətimizi ifadə edən izlər itib gedir. Bunun qarşısını almaq lazımdır.

– Belə bir təcrübə varmı ki, tarixi abidələrin bərpası və istifadəsi hansısa iş adamına həvalə olunsun?

– Əlbəttə. Elə bunu əsas tutaraq fikrimi səsləndirmişəm. Avropada bütün tarixi binalar sahibkarlara verilib və onlar da həmin binalardan öz məqsədlərinə uyğun şəkildə istifadə edirlər. Bu, dünya təcrübəsidir. Təəssüf ki, fikirlərim yanlış anlaşıldı.

– Tarixi abidələr iş adamlarına həvalə edilərsə, bu zaman hansı yeniliklər olacaq? Yəni, tarixi abidə statusunu itirməyəcək ki?

– Hansı tarixi abidəni kimə tapşıracaqlarsa, o bilər necə istifadə edəcək. Amma o, tarixi abidə kimi öz dözümlülüyünü qoruyacaq, dağılıb itməyəcək, batmayacaq. Sadəcə olaraq, fərqli sahədə fəaliyyət göstərəcək.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri