Icma.az
close
up
RU
Liderlik missiyası Səyyad Aran yazır

Liderlik missiyası Səyyad Aran yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Səyyad ARAN
Milli Məclisin deputatı

Xalqların, dövlətlərin taleyini dəyişən liderlər olur. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev kimi iki əvəzolunmaz lider nəsibi olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə ölkə başdan-başa xaos içərisində idi. Məhz Heydər Əliyevin mahir idarəetmə bacarığı sayəsində Azərbaycan qısa müddətdə özünü toparlamağı bacardı. Bu gün Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən parlaq ölkələrindən birinə çevrilməyi bacarıb. İlham Əliyevin özünün unikal siyasi bacarığı ilə ölkəmizin tərəqqisi yolunda böyük nailiyyətlərə imza atıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, şanlı ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, türk dünyası kimi daha geniş coğrafi arealı, eyni zamanda Avropa hüdudlarını əhatə edir.

İlham Əliyev bu gün həm türk dünyasında, həm də Avropada ən parlaq siyasi liderlərdən biridir. Bunu Avropa dövlətlərinin rəhbər şəxsləri də etiraf edirlər.

"Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı". Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı bildirib. O, Azərbaycan dövlət başçısına üz tutaraq deyib: "Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".

Həmin tədbirdə çıxış edən Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də layihənin təkcə ev sahibləri üçün deyil, bütövlükdə Cənub-Şərqi Avropa regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidenti barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik. Ola bilsin ki, o, telefon nömrəsini dəyişib".

Mərasimə yekun vuran Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb: "Nəhayət ki, 10 il bundan əvvəl Prezident Pırvanovla əldə edilən razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm bir təklif aldım, faktiki olaraq 4 ölkənin - Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları tərəfindən, belə demək mümkündürsə, mənə səlahiyyət verilib. Onlar məndən Avropa Komissiyasının Prezidentinə birgə imzalanmış məktubu təqdim etməyi xahiş edirlər və iyulda Avropa Komissiyasının Prezidenti ilə Prezident Əliyev arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər".

Azərbaycan bu gün nəinki region ölkələri ilə əməkdaşlığa, həm də müxtəlif qitələrdə yerləşən ölkələrlə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə yüksək önəm verir. Hazırda dünyanın üz-üzə qaldığı problemlər haqda bütün liderlər danışırlar. İlham Əliyevin isə fərqi odur ki, o, problemlərin kökü, mahiyyəti haqda təhlili sadə dildə ifadə etmək bacarığına malikdir, eyni zamanda problemin həlli yollarını bilir və söyləyir. Azərbaycan Prezidenti bu addımları ilə dünya liderləri üçün nümunə olacaq yanaşma ortaya qoyur. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda qlobal mənada dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var.

Hələ 2021-ci ildə Azərbaycan Televiziyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlamışdı. Film "Prezident. Təkrarsız diplomatiya" adlanır. Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.

R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.

N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.

"Prezident. Təkrarsız diplomatiya" filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.

İlham Əliyev bir lider kimi həm klassik çağların müdrikliyini, həm sənaye dövrünün praktikliyini, həm də post modern dönəmin məqsəd, struktur, prosedur və qaydaları dəyişdirmək qabiliyyətini öz şəxsiyyətində cəmləyir.

Tarixi zəfərimizdən sonra regionda və dünyada yarananan yeni reallıq Yeni Azərbaycanı Yeni Qafqazın, Yeni Şərqin qurucu dövlətinə çevirir. Bu gün Azərbaycan Cənubi Qafqazda lider və söz sahibi olan dövlətdir. Respublikamız hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına həmişə arxa durub. Bütün bunlarla yanaşı, Azərbaycan qlobal problemlərin yoluna qoyulmasına mühüm töhfələr verən, beynəlxalq enerji təhlükəsizliyi problemlərinin həllində iştirak edən, dünyanın enerji xəritəsinə mühüm korrektələr edən dövlətdir. Məhz İlham Əliyevin qətiyyəti ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, təbii qazı Avropa bazarlarına çatdırır. Son illərdə dünyada baş verənlər Azərbaycanın enerji siyasətinin nə qədər düzgün və uzaqgörən olduğunu göstərir.

Azərbaycanın razılığı və iştirakı olmadan Cənubi Qafqazda hər hansı transmilli layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan o dövlətdir ki, tarixdə ilk dəfə olaraq Xəzərin karbohidrogen ehtiyatlarını alternativ yollarla dünya bazarlarına çıxarır. Bundan başqa, Azərbaycan qlobal nəqliyyat dəhlizlərinin kəsişdiyi məkandır. Nəqliyyat dəhlizlərinin qlobal münasibətlərdəki əhəmiyyətini zamanında qiymətləndirən Prezident İlham Əliyevin sayəsində respublikamız bu gün həm də qlobal nəqliyyat yollarının kəsişdiyi coğrafi məkana çevrilib. Təsadüfi deyil ki, dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çin dövləti respublikamızın bu sahədəki təşəbbüslərini təqdir edir, Azərbaycanda nəqliyyat əməkdaşlığını yüksək qiymətləndirir.

Bu gün Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən Qarabağda aparılan bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın vəsait ayrılıb. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi artıq olub. Bir neçə gün öncə Laçında Beynəlxalq Hava Limanı istifadəyə verildi. Minlərlə kilometr avtomobil yolu çəkilir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik stansiyasının açılışı olub. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər məhz Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq.

Azərbaycanın lideri İlham Əliyevin iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində iştirakı da böyük coşqu ilə qarşılandı. Prezident İlham Əliyev səhnəyə dəvət olunarkən aparıcının "Qarabağdan Kahramanmaraşa uzanan bir səmimiyyət, sərhədləri aşan bir qardaşlıq, çətin gündə çiyin-çiyinə duran can yoldaşımız gəlir. Qafqazların ulduzu cənab İlham Əliyev..." deməsi və insanların Prezident Əliyevi böyük coşqu ilə qarşılaması bütün dünyanın gözü qarşısında baş verdi.

Prezident İlham Əliyev bu dəfə də Türkiyədə böyük coşqu və səmimiyyətlə qarşılandı. Təkcə dövlət yetkililəri səviyyəsində yox, həm də ictimai kəsimdə İlham Əliyevə böyük rəğbət ifadə edildi. İlham Əliyevə Türkiyə ictimaiyyətinin böyük sevgisi təsadüfi deyil. Təbii ki, bunun əsasları var. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərində sadə insanlar, ictimaiyyət tərəfindən belə səmimi və hərarətlə qarşılanmasının başlıca səbəblərindən biri də onun şəxsi keyfiyyətləri və xarizması ilə bağlıdır. Bu, eyni zamanda Türkiyə dövlətinin və Türkiyə ictimaiyyətinin Prezidentimizə olan hörmətinin, sevgisinin təzahürüdür. Türkiyə vətəndaşları çox yaxşı bilirlər ki, 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı onların köməyinə ilk yetişən Azərbaycan dövləti və xalqı oldu.

Eyni zamanda Türkiyədə baş verən dəhşətli meşə yanğınları zamanı da bizim xilasedicilər birbaşa Azərbaycan Prezidentinin göstərişinə əsasən qardaş harayına yetişdilər. Prezidentimizin məsələyə həssas yanaşmasını, qardaş ölkəyə lazım olan dəstəyi göstərmək üçün o andaca qərar verməsini Türkiyə ictimaiyyəti yaxşı bilir və yüksək qiymətləndirir.

Azərbaycan liderinin həm də türk dövlətləri arasında böyük nüfuzu var. İlham Əliyevin tarixə yazılmış bu cümlələrinə diqqət edin: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

İlham Əliyevin bu sözləri o deməkdir ki, Türk Dövlətləri Təşkilatı indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xaqların yaratdığı mühüm güc mərkəzi olacaq. Xüsusi ilə "Türk dövlətləri böyük hərbi gücdür!" ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir.

Mübaliğəsiz olaraq deyə bilərik ki, İlham Əliyev bu gün Avropada ən çox arzuolunan siyasi liderlərdəndir. Bu amil isə Azərbaycan vətəndaşları olaraq bizim hər birimizi qürurlandırır.

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see282

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see225

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see225

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see220

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see212

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see207

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see193

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see192

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see191

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see191

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see189

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see186

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see179

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see176

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see174

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see172

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see170

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri