Icma.az
close
up
RU
Lider mövqe Səyyad Aran yazır

Lider mövqe Səyyad Aran yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Səyyad ARAN
Milli Məclisin deputatı

Avropa - qoca qitə hər zaman öz liderləri ilə tanınıb. Onlar zaman-zaman özlərinin böyük ideyaları, reformları ilə dünya tarixində örnək olublar. Dünya xəritəsi və tarixi dəyişdikcə yeni liderlər formalaşır. Almaniya, Fransa, İngiltərə kimi nəhəng ölkələrlə müqayisədə "sovet şineli"ndən çıxmış respublikalar öz müstəqilliklərini yeni əldə etsələr də, öz sözlərini və mövqelərini qismən də olsa ifadə edə biliblər. Bu liderlər içərisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz dəst-xətti ilə daim seçilib.

Dünyanın son imperiyası çökəndə Sovetlər Birliyi əhatəsindəki ölkələr müstəqilliyə qovuşdular. Bu prosesi ən ağrılı yaşayan ölkələrdən biri Azərbaycan oldu. Sovetlər Birliyi hələ tam dağılmamış Dalıq Qarabağ faciəsi Azərbaycan xalqına bu müstəqilliyin dadını ilk günlərdən tam yaşamağa imkan vermədi. Azərbaycan müstəqilliyini bərpa etməmişdən 3 il əvvəl düçar olduğu bu bəlanın ucbatından sənayesi, kənd təsərrüfatı, təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadiyyatı qurulmamış dağıldı. Ulu öndər - Azərbaycan xalqının xilaskarı Heydər Əliyev özünün dahiyanə çıxışları, preventiv tədbirləri, böyük hakimiyyət ustası kimi bu prosesi həm ləngitdi, həm də Azərbaycanda torpaq islahatını həyata keçirdi. Atəşkəsə nail olaraq eyni zamanda, Azərbaycanın müstəqilliyini qoruyub saxladı.

Ermənilər 1992-ci ildən etibarən  o zamankı maymaq rəhbərlərin sayəsində torpaqlarımızı zəbt etməyə başladılar. Rus-sovet silahlı ordu birləşmələri, erməni yaraqlıları Azərbaycanın 20 faiz ərazisini nəzarətə götürdülər. Bunun üçün əvvəlcədən "münbit" şərait yaradılmışdı. Azərbaycanlıların ov silahlarını belə əllərindən almışdılar. Ermənistan isə kifayət qədər silahlanmışdı. Dağlıq Qarabağdakı separatçılara da xeyli sayda silah-sursat göndərmişdilər.

Əlbəttə, qüvvələr nisbəti bərabər deyildi. Rus-sovet tankları ilə ərazilərimizə daxil olub kəndlərimizdəki silahsız insanları qorxudaraq doğma yurdlarını tərk etməyə məcbur edirdilər. Beləliklə, ölkədə 1 milyona yaxın məcburi köçkün kütləsi yarandı. Heydər Əliyev həm bu qədər məcburi köçkünü yerləşdirməyə, onları yaşayış sahəsi, həm də işlə təmin etməyə məruz qaldı. Amma ölkədə xaosun, özbaşınalığın yaranmasına imkan vermədi.

Heydər Əliyevin yaratdığı bu nizam, sabitlik İlham Əliyevin rəhbərliyi altında özünü qoruyub saxlamağı bacardı. Onun liderlik qabiliyyəti, dahi siyasətçi olması Şərqi Avropa liderlərinin heyranlığına səbəb oldu.

Onu da qeyd etmək lazımdır ki, Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Sloveniya, Rumıniya və digər Avropa dövlətlərinin başçıları Azərbaycan Prezidentinin yaratdığı bərabər hüquqları sayəsində yeni bir əməkdaşlıq mərhələsinə qədəm qoydular.

Serbiya Prezidenti Aleksandr Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) 1 oktyabr 2022-ci ildə baş tutan açılış mərasimində bu fikirləri bildirdi: "Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız".

Sonra sözünə davam edərək fikrini belə yekunlaşdırdı: "Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".

Bu gün Azərbaycan İlham Əliyevin sayəsində müstəmləkə siyasəti altında sızlayan azsaylı xalqların ümid və dayaq yerinə çevrilib. Onlar qulağı kar və gözü kor dünyanın haqsızlığına məruz qaldıqlarını, şikayət və etirazlarını Azərbaycandan bəyan edirlər.

Xatırladım ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini qaldırdı - neokolonializm və iqlim dəyişmələri məsələsini. Cənab Prezident həmçinin COP29 tədbiri çərçivəsində bir sıra kiçik ada dövlətlərinin rəhbər şəxsləri ilə görüşlər keçirərək onlara lazım olan dəstəyi Azərbaycan olaraq verəcəyimizi bildirdi. İlham Əliyev sözünə mətanətlə əməl etdi. Bu günə qədər həmin ada dövlətləri Bakıda 20-yə yaxın görüşü baş tutub. BTQ ardıcıl şəkildə bu prosesi davam etdirir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşıdır. Buna misal olaraq Azərbaycan-İtaliya iqtisadi əlaqələri, xüsusilə enerji tərəfdaşlığını göstərmək olar.

Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr getdikcə genişlənir. Bunu ilk növbədə iki ölkə arasında ticarət dövriyyəsini əks etdirən rəqəmlərdən görmək olur. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar olub ki, bunun da əsasını ölkəmizin enerji ixracatı təşkil edib. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb.

İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Belə ki, onun Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür.

İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Prezident İlham Əliyevin İtaliyaya 2024-cü ilin sentyabr ayındakı işgüzar səfəri bu tərəfdaşlığın inkişafına yeni bir təkan verəcək. Belə ki, yeni layihələr üçün yollar açılır. Əməkdaşlığın bünövrəsi möhkəm olduğuna görə perspektivlər də böyük, gözləntilər də çoxdur. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Son illərin ən möhtəşəm meqa-layihələrindən olan "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə 2024-cü ildə TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi - TAP-ın da rolu böyük olacaq. Onu da xatırladaq ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır.

Təsadüfi deyil ki, ötən il Romada Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Artıq Avropa anlayır ki, Rusiya-Ukrayna savaşından neft-qaz sahəsində yaşadıqları əziyyət gələcəkdə yenə təkrarlana bilər. Buna görə də onlar Azərbaycanın simasında özləri üçün etibarlı tərəfdaş görürlər. Bu inamı İlham Əliyev yaradır.

Azərbaycan 2025-ci ilin aprelin 9-da daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. Forum Azərbaycanın prezidenti İlham Əliyevin dünyanın diqqət mərkəzində olan lider olduğunu bir daha sübut etdi. Forum zamanı İlham Əliyev ona ünvanlanan suallara geniş və aydın şəkildə cavab verdi. Prezident İlham Əliyev bildirib ki, Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər: "Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır". Prezident qeyd edib ki, hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür.

Bəli, Ştaynmayerin də qeyd etdiyi kimi, dünyada vəziyyət çox sürətlə dəyişir. Amma dəyişməyən və günü gündən daha da mükəmməlləşən İlham Əliyevin liderliyidir.

Prezident İlham Əliyevin dərin siyasi zəkası, uzaqgörənliyi, mükəmməl diplomatik səriştəsi onu bu gün Avropanın sayılıb-seçilən liderlərindən biri edib. Heç şübhəsiz ki, dövlətimizin başçısının bu mötəbər mövqeyi Azərbaycanı daha da inkişaf etdirəcək və ölkəmizin inkişafında əsaslı rol oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 14 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see190

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see166

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see138

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see137

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see136

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see133

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see131

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see131

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see130

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see128

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see124

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see123

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see122

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see120

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see118

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see118

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see115

Azər Axşamdan onu öldürənlərə : Həmin xəbəri yayanlar... VİDEO

13 Avqust 2025 11:25see115

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see113

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri