Icma.az
close
up
RU
Fil qulağında istirahət edənlər… KONKRET

Fil qulağında istirahət edənlər… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur ərəb sərkərdə və tayfa başçısı Əhnaf ibn Qeys Müaviyəyə belə demişdi: “Yalan söyləyəndə Allahdan qorxuram, doğru söyləyəndə səndən qorxuram”.

Allah heç kimi doğru ilə yalan arasında imtahana çəkməsin…

…Bəlkə də bu yazını yazmamaq olardı. Bəlkə də yazmamaq şəxsim üçün daha yaxşı olardı. Amma elə şeylər var, “desəm, öldürərlər, deməsəm, ölləm” janrındadır.
Bir istəyirsən, danışmayasan, ancaq neyləyəsən ki, danışmamaq da olmur.

Elm, mədəniyyət, incəsənət adamlarından, yəni ziyalılardan, intellekt sahibi kimi tanıdığımız insanlardan açıqlama, fikir, mövqe almaq istəyirik. Aralarında öz fikrini, mövqeyini açıq bildirən də var, çəkinmədən, cəsarətlə, səmimiyyətlə yanaşan da var (həm də az deyillər), ancaq sualdan qaçıb gizlənən də var. “Məni bu işlərə qatmayın” deyə boğaz çəkənlər də bir ayrı var.
Ya şəxsi fikirləri, mövqeləri yoxdur, ya da var, ancaq ifadə etmək istəmirlər.

Söhbət bəzi ədəbiyyat adamlarından da gedir. Ayrı vaxt “söz adamıyam” deyib, yaxa cırır, taleyüklü məqamlarda söz demək lazım gələndə, sözündən dönür, qınına çəkilir.

“Siyasətə qarışmıram” deyə-deyə Siyasətin əlindən çörək yeyir, Siyasətdən ev də alır, orden-medal da alır, nəvə-nəticəsinə çatacaq qədər imtiyaz da alır, ancaq Siyasət bir az çətinə düşəndə arxasını dönüb gedir…

Ev bölgüsü, pul bölgüsü, vəzifə bölgüsü, mükafat bölgüsü gələndə şirə, pələngə dönənlər, dövlət üçün, millət üçün həlledici məqamlarda büzüşüb, dovşana çevrilir.

Baxırsan, dünən ortada xarici səfər var idi, dövlət hesabına qastrol, kitab çapı, kurorta göndəriş, ziyafət-filan var idi, hamısı dil-dil ötürdü, elə ki, söhbət məktəblinin vahid geyim formasından, müəllimin geyim etikasından düşdü, dünənki bülbüllər sərçəyə döndü – susub dilini uddu.

Müxbirlərimə deyirlər: “Məni bu işə qarışdırmayın. Mən qarışmıram”.
Bəs hansı işə qarışdıraq səni?! Nəyə qarışırsan?!

Xalq müstəqillik üçün ayağa qalxdı, dedin: “Qarışmıram”. Azadlıqlar üçün mübarizədən də yayındın, qarışmadın. Torpaq üçün savaşdıq, yan gəzdin.
Hətta bir ziya(n)lı demişdi: “Əsgərin işi ölməkdir”.

Bəs sənin işin nədir?! Kef içində yaşamaq?! Dövlət hesabına cah-cəlal qurmaq və bir az işlər qarışanda: “Mən bu işlərə qarışmıram” deyib öz dərini qurtarmaq?!

Bəs hanı o əzəmətli akademiklər, həşəmətli deputatlar?! Hanı o xalq yazıçıları, xalq şairləri, xalq artistləri?! Hardadır o “harda aş, orda baş ictimai xadimlər və ictimai “xadimələr”?!

Hara yoxa çıxdı rahat avtobuslara doluşub, Şuşaya – kabablamağa gedən mətbəx blogerləri?!

Həmişə işin ən ağırı jurnalistlərin üzərinə düşür. Yenə də dövlət üçün, millət üçün məsul anlarda, həlledici vaxtda yenə də jurnalistlər ön sıradadır: yazır, çəkir, danışır, göstərir. Yenə də öz şəxsi imzası ilə, öz vizual siması ilə, hadisələrə münasibəti ilə, mövqeyi ilə “köhnə”, “köhnəlmiş” sayılan jurnalistlərdir millətin yanında duran.

Ölkənin (ölkənin də deyil, bütöv millətin!) ideoloji təhlükəsizliyi təhdid olunur. Xarici mərkəzlər içəridəki maşalar vasitəsilə ölkəni qarışdırmağa çalışır, kütləvi aksiyaya, kütləvi itaətsizliyə çağırır, amma bir para “ziyalı”, yaxud deputat “mən qarışmıram” deyib, aradan çıxır, öz ziyalı mövqeyini götürüb, “çəkilir dağlara”.

Bəs dünən mandat siyahısına düşmək üçün basabas idi. Ən son Kino İttifaqının konfransında səsiniz yeri-göyü lərzəyə gətirirdi! Bəs Yazıçılar İttifaqında mənzillər bölünəndə aləmi dağıdırdınız! Mədəniyyət Nazirliyinə kitablarınızı sırımaq üçün ikitaylı məmur qapılarının qabağında sıraya düzülmüşdünüz!

Dövlət konsertlərində fonoqram fırlatmaq, dövlət səfərlərində selfi çəkdirmək, dövlət ziyafətlərində başda oturmaq, büdcədən pay qoparmaq… bu kimi işlərə qarışırsınız, qalan heç bir şeyə qarışmırsınız.

Ancaq kimin ayağına harda bir daş dəyirsə, dərhal o daşı götürüb, vurur jurnalistin başına. Yanan da biz oluruq, yaman da biz oluruq. Kimin işi bir az əyri gedir, o saat jurnalisti axtarır. Ancaq elə ki şələsi belinə düz gəldi, yükünü təpəciyə yığdı, jurnalisti tanımır. Evdə arvadla sözü çəp gələn də, gəlir, günahı mediada axtarır, dönüb jurnalistə çəp baxır…

Nə vaxta qədər belə olacaq?!

Qurduğun dövləti içəridən laxlatmaq istəyirlər e, a kişi! Sən hələ fil qulağında istirahət edirsən.

İran mollası oturduğu yerdən caynaqlarını sənin cəmiyyətinə keçirir, didir – sənin ölkəndə, sənə qarşı ideoloji “ordu” qurur, məscidlərin bir yana, məktəblərində sənə qarşı təbliğat aparır… Amma sən deyirsən, “məni qarışdırmayın”.

Uşaqlarının beynini yuyub, sənin əlindən alır, öz nökərinə çevirir xarici “Ağa”. Amma sən deyirsən: “Mənə nə?!”

Bəs kim durmalıdır bu ideoloji hücumların, mənəvi təxribatların qarşısında?! Təkcə elə jurnalist?!

…Yazıq jurnalist!

Bahəddin Həzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri