Icma.az
close
up
RU
“Qalatasaray” transferdə niyə fil qulağında yatıb?

“Qalatasaray” transferdə niyə fil qulağında yatıb?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Fənərbaxça”nın qış transfer dönəminə sürətli başlaması, Musaba və Genduzi kimi dərhal komandaya fayda verə biləcək futbolçular alması fonunda “Qalatasaray”ın fil qulağında yatması diqqəti çəkir.

Türkiyə çempionunun bu qış indiyəqədərki fəaliyyətini tam bir fiasko adlandırmaq olar. “Cim-Bom”un ciddi maraq dairəsində olan və İstanbula gələcəyi gözlənilən “Hoffenhaym”ın qürbətçi futbolçusu Umut Tohumcunun keçidi baş tutmadı. Komandadan ayrılan Berkan Kutlunun alternativi olacağı gözlənilən 21 yaşlı yarımmüdafiəçi “Holştayn”a icarəyə verildi. Can Armando Güner məsələsində isə “Qalatasaray” rəhbərliyinin səriştəsizliyi üzə çıxdı. Çünki hətta danışıqlar üçün İstanbula qədər gələn futbolçunu da transfer etmək mümkün olmadı! 18 yaşlı qürbətçi vinger yanvarın 9-da İstanbula ayaq basmışdı. Amma sonradan onu yetişdirən klub olan Münhenqladbax “Borussiya”sı bu futbolçunun heç kimə xəbər vermədən və heç kimdən icazə almadan Türkiyəyə yollandığını açıqladı. “Borussiya”dan FİFA ilə bağlı təhdid gəlincə, “Qalatasaray” “ağ bayraq qaldırmalı” və geri çəkilməli oldu. Can Armando Güner dünən yenidən Almaniyaya qayıtdı.
Bu səriştəsizlik fanatların ciddi etirazına səbəb olub. “Qalatasaray”da transferlərin gecikməsinin əsas səbəbi odu ki, komanda birdən-birə “böyük balıq” tutmaq istəyir. Məsələn, rəhbərliyin əsas hədəfi PSJ-dən Fabian Ruisdi. Onun altenrativləri isə “Mançester Yunayted”li Manuel Uqarte və “Vilyarreal”lı Pape Geyedi. Qış transfer dönəmində ulduz isimləri almaq daha çətindi. Çünki heç bir klub mövsümün ortasında əsas futbolçusunu buraxmaq istəmir. “Qalatasaray” hələ ki Ruisi mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Onun daimi əsasda transfer edilib-edilməməsi isə sərgiləyəcəyi oyundan asılı olacaq. Amma PSJ müqaviləyə məcburi transfer maddəsinin salınmasını və mövsümün sonunda dərhal 30 milyon avronun ödənilməsini tələb edir.
Rəhbərlik hələ ki nə qarşı tərəflə anlaşa bilib, nə də futbolçunu İstanbula gəlməyə razı salıb. Başqan Dursun Özbək son açıqlamasında bunları deyib:

“Transfer mövzusuna dair bizə yönəldilən tənqidlərə hörmətlə yanaşıram. Daha öncədən də dediyimiz kimi biz sıradan yox, səviyyəli oyunçularla və düzgün planlaşdırma ilə yolumuza davam etmək istəyirik. Fanatlarımızdan xahişim budu ki, bizə güvənməkdə davam etsinlər. Bu dönəmi əl-ələ verərək daha güclü tamamlamalıyıq. Komandamızı irəli aparacaq, gücünə güc qatacaq transferlər həyata keçirmək istəyirik. Bu qərarımız konkretdi və çalışmalarımız fasiləsiz şəkildə davam etməkdədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri