Icma.az
close
up
RU
“Qırmızı Kürdüstan” iddiaları tamamilə əsassızdır RƏY

“Qırmızı Kürdüstan” iddiaları tamamilə əsassızdır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Naftalin iyi verən köhnə və separatçı fikirlərə artıq yer yoxdur

“Hecare Şamil kimi şəxslə Araik Arutyunyan arasında heç bir fərq yoxdur. Gələcəkdə eyni aqibəti o da yaşaya bilər" 

Özünü "Azərbaycanlı kürd" kimi təqdim edən Hecare Şamil adlı şəxs kürdlərin "R-TV" kanalında absurd iddialar səsləndirib. H.Şamil Azərbaycan şəhərləri - Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayılda kürdlərin yaşadığını, öz kəndində 5 min kürd olduğunu söyləyib. Hətta iddia edib ki, dil baxımından assimilyasiyaya məruz qalmış kürdlər də daxil olmaqla, Azərbaycanda etnik mənsubiyyəti kürd olanların sayı təxminən 1 milyon nəfərdir və bu da ölkə əhalisinin 10 faizini təşkil edir. O, Azərbaycandakı kürdlərin etnik şüurlarına yenidən qayıtdığını, kürd dilində öyrəndiklərini bildirib. 

"Türküstan" Media Qrupunun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal "Sherg.az-a açıqlamasında əvvəlcə onu deyib ki, Azərbaycanda əsas etnos olan türk milləti tərəfindən hansısa digər xalqların, etnik qrupların assimilyasiyaya məruz qalması iddiaları tamamilə absurd və əsassızdır. A.Camalın sözlərinə görə, Azərbaycanda toplu halda, yaxud pərakəndə halda yaşayan xalqların nümayəndələri öz milli etnik kimliklərinin daim fərqində olublar: "Azərbaycanda bütün etniklər milli kimlikləri ilə bağlı mədəniyyət ünsürlərini yaşadıb və öz dillərində danışıblar. Ölkəmizdə hər zaman milli birlik və həmrəylik atmosferi hökm sürüb. Əsas etnos tərəfindən digər xalqlara, etniklərə qarşı dözümlü və qayğıkeş münasibət ortadadır. Belə iddialar hər zaman daxildən yox, xaricdən səsləndirilib. Hecare Şamil kürdlərlə bağlı iddialarını 30 ildən artıqdır ki, sistemli şəkildə davam etdirir. Təbii ki, bu, məkirli niyyətlərdən qaynaqlanır. Təbii ki, Azərbaycanda etnik toplumlardan biri kürdlərdir. Azərbaycanda kürd xalqının nümayəndəsi öz milli kimliyini açıq və rahat şəkildə ifadə edir. Heç bir assimilyasiyadan söhbət gedə bilməz. Sovetlər Azərbaycan Xalq Cümhuriyyətini işğal edərkən Azərbaycanı bölmək və mina basdırmaq siyasətinə uyğun olaraq bölgədə "Qarabağ Muxtar Vilayəti" yaradılmışdı. Onunla yanaşı, "Qırmızı Kürdüstan" adlı bir qəza formalaşdırılmışdı. Hecare Şamilin adını çəkdiyi coğrafiya, yəni 5 rayonun ərazisi də "Qırmızı Kürdüstan" qəzasına daxil edilmişdi. Amma ozamankı statistik məlumatlarda da göstərilir ki, bu bölgədə kürd dilində danışan əhalinin sayı çox az faiz təşkil edirdi. Heç 10 faiz deyildi. Belə bir halda necə ola bilər ki, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları "Qırmızı Kürdüstan" adlandırılsın?".

Aqil Camal əlavə edib ki, heç bir əsas olmadığına görə bir müddət sonra həmin qəza ləğv olundu: "Əsas da o gətirildi ki, coğrafiyanın adı ilə əhalinin milli mənsubiyyəti arasında ciddi təzad var. Ona görə də həmin rayonların ərazisi "Qırmızı Kürdüstan" adlandırıla bilməz. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən və köç prosesi başlayandan sonra H.Şamilin bu cür iddiaları tamamilə əsassızdır. Bu gün öz yurdlarına qayıdanlar ora Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl sakinləri, azərbaycanlı kimi qayıdırlar. Naftalin iyi verən köhnə və separatçı fikirlərə artıq yer yoxdur. Hecere Şamil kimi şəxslərlə bu gün Azərbaycan məhkəmələrində cavab verən separatçı Araik Arutyunyan arasında heç bir fərq yoxdur. Gələcəkdə eyni aqibəti o da yaşaya bilər. Bunu nəzərə alsın". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri