Icma.az
close
up
RU
“Sakinlərin iddiaları əsassızdır” KONKRET

“Sakinlərin iddiaları əsassızdır” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“3 nəfərin ölümü, xeyli insanın tüstüdən zəhərlənməsi ilə bağlı, ümumilikdə isə binada baş verən hadisə üzrə vətəndaşların bizi günahlandırması doğru deyil. Yanğına səbəb “Loft” restoranı olmayıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında sözügedən restoranın yerləşdiyi obyektin sahibi Vüqar Abbasov deyib.

O bildirib ki, sakinlərin iddiaları əsassızdır və araşdırmalardan sonra bütün həqiqət üzə çıxacaq:

“Restoranın sahibi Asim Kərimovdur. Təxminən iki il əvvəl sahibi olduğum yeri sözügedən şəxsə icarəyə vermişdik. Bina sakinləri gün ərzində müxtəlif iddialar səsləndiriblər. Bunların heç bir əsası yoxdur. Baxın, əvvəlcə onu qeyd edim ki, restoranın və binanın elektrik xətləri ayrıdır. Bizim xətlərdə hazırda heç bir problem yoxdur. Vətəndaşlar iddia etsələr ki, bizim işıq kabelləri qızaraq onlarınkını da sıradan çıxarıb, bu yanlışdır. 160 kV üçün texniki pasportumuz var. Bizim ümumi istifadə isə 30 kV-nı aşmır. Yay aylarında aylıq maksimum 1000-1300 manat pul ödəyirdim. İndi qışdır, yüklənmə belə yoxdur. Xətlərdə yüklənmə nədən ola bilər? Qeyd etdiyim kimi, bütün proseslər texniki göstəricilərə uyğundur. Bundan başqa, deyirlər ki, şaxtada generator olub. Bu da əsassızdır. Bizim generatorlarımız çöldədir, hamısı da işlək vəziyyətdədir. İstəyən şəxs gəlib baxa bilər. Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, hadisə binanın elektrik şaxtasındakı yanğın səbəbindən baş verib. Bizdən isə ora heç bir elektrik kabeli daxil olmurdu”.

Sahibkar vurğulayıb ki, bina 2003-cü ildə tikilib və oranın elektrik xətləri olduqca köhnədir:

“Binanın problemləri çox idi. Sakinlər öz aralarında pul yığıb problemləri həll edə bilmirdilər. Rəsmi açıqlama olandan sonra bütün gerçəklər üzə çıxacaq. Gün ərzində Baş Prokurorluqda idim. Bütün sübutları təqdim etmişik. Yəqin ki, ilkin ehtimalda günahımız olsaydı, sərbəst buraxılmazdıq. Araşdırma davam edir. Dediyim kimi, kabellər köhnədir. Axırıncı dəfə onlara nə vaxt baxış keçirilib, məlum deyil. Binada yanğın baş verən zaman bizim obyektdəki işıqlarda problem yox idi. Hətta təhlükəsizlikdən dolayı özümüz “Azərişıq”a müraciət etdik ki, elektrik verilişini dayandırsınlar. Yanğın şaxtada olduğu üçün bizə də xeyli ziyan dəyib. Həmçinin növbəti iddialardan biri də guya biz hibrid maşınlarının elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirmişik. Baxın, həmin qurğuları “iVOLT” şirkəti quraşdırıb və bu avadanlıqlar binanın çölündədir. Sadəcə bizim elektrik şəbəkəsinə qoşulublar. Amma sakinlərin dediyi kimi, zirzəmidə bizə aid nəsə olmayıb”.

V.Abbasov binanın texniki işçisinin restoran əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialara da cavab verib:

“Birincisi, həmin şəxs – Yusif Həsənov – binada elektrik deyil. Əmək müqaviləsi belə yoxdur. Bir neçə gün əvvəl gec saatlarda içkili vəziyyətdə gələrək texniki otağın açarını istəyib. Həmçinin onu da qeyd edim ki, o açarın biri bina sakinlərindədir. Bizim əməkdaşlar da Yusifə açarı verməyiblər. Ona görə ki, həmin şəxs sərxoş idi. Bədbəxt hadisə baş versə, məsuliyyət daşımalı olacaqdıq. O isə əlinə bel alaraq əməkdaşlara xəsarət yetirməyə çalışıb və qapıya təpik vurub. Normal vaxt açarı götürüb gəlib baxa bilərdi. Gecə vaxtı həmin yerə niyə girmək istəyir? Bundan başqa, qeyd olunub ki, təxliyə qapısını biz bağladığımız üçün vətəndaşlar yanğın zamanı çıxa bilməyiblər. Baxın, birincisi, təxliyə qapısı yoxdur. İkincisi, olsaydı, bu, birinci mərtəbədə yerləşərdi. Vətəndaşlar birinci mərtəbəyə düşməyiblər. Belə olan halda blokun qapısından da çıxa bilərdilər. Sadəcə lift işləməyib, ona görə yuxarı mərtəbələrdə zəhərləniblər. Hətta buna dair videolar da var”.

Vətəndaşların restorandan təzminat tələbinə münasibət bildirən obyekt sahibi qeyd edib ki, bu məsələ hüquq müstəvidə həll olunmalıdır:

“Sakinlərin belə tələbi varsa, məhkəməyə müraciət etsinlər. Əgər qərar onların lehinə olacaqsa, təzminatı ödəyəcəyəm. Amma burada ziyan mənə də dəyib və təzminatı mən tələb etməliyəm. Sadəcə ölüm faktını və hadisənin ağırlığını nəzərə alaraq susuram. İnsanların maddi vəziyyəti yaxşı deyil. Vicdanım əl vermir ki, kimdənsə pul alım. Amma restorana küllü miqdarda ziyan dəyib. Hər bir halda araşdırma gedir. Mən də mediaya çox danışmaq istəmirəm. Çünki indi sakinlər emosional vəziyyətdədirlər, dediklərim düz anlaşılmaya bilər. Araşdırmanın nəticəsindən sonra hər şey üzə çıxacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri