McDonald s daha ucuz kombo menyuları sınaqdan keçirir
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da satışların azalması McDonald's-ı daha sərfəli qiymətə kombo yeməklər təklif etməyə vadar edib. Şirkət müştəriləri geri qaytarmaq və büdcəyə uyğun seçimlər yaratmaq üçün yeni qiymət strategiyasını sınaqdan keçirir.
Banco.az xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, "McDonald's" ABŞ üzrə 1900 restoranında sabit qiymətli yemək paketlərini sınaqdan keçirir. Daha 4000 françayzinq restoranı da bu cür kombo təkliflərin satışına başlayıb.
Şirkətin baş direktoru Kris Kempçinski bildirib ki, müştərilər hər dəfə McDonald's-ı seçərkən sərfəli qiymət təklifi görməlidirlər. Onun sözlərinə görə, xüsusilə aşağı gəlirli istehlakçıların ehtiyaclarına uyğun qiymətlər təklif etmək vacibdir.
Son illərdə ABŞ-da fast-food şəbəkələri ərzaq, icarə və əməkhaqqı xərclərinin artması səbəbindən menyu qiymətlərini yüksəltməli olublar. İnflyasiya və yanacaq qiymətlərinin bahalaşması isə müştərilərin daha qənaətli seçimlərə yönəlməsini sürətləndirib.
Buna görə də "McDonald's", "Burger King" və "Wendy's" kimi böyük şəbəkələr müştəriləri cəlb etmək üçün endirimlərə və büdcəyə uyğun kombo menyulara daha çox üstünlük verirlər.
Baxış sayı:48
Bu xəbər 06 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















