Finlandiya çimərliklərində naməlum ağ maddə tapılıb
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yerli sakinlərə doluya bənzər maddənin aşkar edildiyi çimərliklərə getməmək tövsiyə olunub
Finlandiya çimərliklərini doluya bənzəyən naməlum ağ maddə yuyub. AYNA xəbər verir ki, bu barədə “MTV Uutiset” portalı yazıb.
“Maddənin mənşəyi hələ də sirr olaraq qalır. Onun insanlar üçün bilavasitə təhlükə törədib-törətməməsi bilinmir”, - nəşrdə qeyd edilib.
Maddə Baltik dənizinin sahilində yerləşən Hanko şəhəri yaxınlığındakı çimərlikdə aşkar edilib. Daha sonra Tulliniemi istiqamətində də eyni maddə aşkarlanıb.
Yerli sakinlərə doluya bənzər maddənin aşkar edildiyi çimərliklərə getməmək tövsiyə olunub.
Hazırda maddə ekspertlər tərəfindən tədqiq edilir. Onlar qranulların parafin ola biləcəyini istisna etmirlər. Laboratoriya nəticələri daha sonra açıqlanacaq.
Baxış sayı:130
Bu xəbər 29 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















