Finlandiya Prezidenti başsağlığı verdi
Icma.az, Manset portalına istinadən məlumat yayır.
Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Manset.az xəbər verir ki, məktubda deyilir:
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Baxış sayı:75
Bu xəbər 30 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















