Icma.az
close
up
RU
Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq Qardaş ölkə təhlükədə

Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq Qardaş ölkə təhlükədə

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

İsrail-İran qarşıdurması fonunda Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsi cəhdləri müşahidə edilir. Bir tərəfdən Türkiyənin cənub sərhədlərində - Suriyanın şimalında məlum “kürd dəhlizi” layihəsi yenidən aktuallaşır, digər tərəfdən, Suriya və İraqda yeni kvazidövlətlərin yaradılması planları qurulur.

Publika.az xəbər verir ki, Türkiyə ordusunda xidmət etmiş, hazırda təqaüddə olan generallardan biri Yaxın Şərqdəki planların detallarını “Haberqlobal”a açıqlayıb.

Türkiyəli general bildirib ki, ABŞ İraq və Suriyanın şimalında “kürd muxtar vilayətini” ilə yanaşı, İraqın Əl-Anbar bölgəsindən Suriyanın Deyr-Əz-Zor şəhərinə qədər uzanan xətdə qondarma “sünni dövləti” yaratmağı planlaşdırır. Rusiya isə mərkəzi Lazkiyə olan Nüseyri muxtar bölgəsi yaratmağa çalışır. Digər layihə isə İdlibdən Hələbə qədər sünni muxtar bölgəsinin yaradılmasıdır. Bu bölgə HTŞ (Həyat Təhrir əş-Şam) və İŞİD terror təşkilatlarının nəzarətindədir. ABŞ Türkiyəni Hələb bataqlığına salmağa çalışır.

General qeyd edib ki, Yaxın Şərqdə baş verənlər fonunda Türkiyəyə doğru yaxınlaşan fırtına var.

“ABŞ-İsrail-Yunanıstan bloku Türkiyəni Şimali Kip Türk Cümhuriyyəti və Şərqi Aralıq dənizi bölgəsindən çıxarmaq istəyir. Yaxın günlərdə Kipri və Şərqi Aralıq dənizi kartlarını da gündəmə gətirəcəklər. Amerikalılar bir tərəfdən də PKK-nın İran qanadı olan PJAK-ı diqqət mərkəzinə daxil edib. Əsas məsələ Türkiyənin strategiyasının necə qurulacağıdır. PKK-nın Suriya qanadı olan PYD-nin 80 minlik hərbi qruplaşmasının Suriya ordusuna daxil edilməsi məqsədilə ABŞ, Əsəd, Rusiya və YPG arasında görüşlər keçirilir. PYD/YPG Suriya ordusu daxilində yarımmüstəqil səlahiyyətlərə malik olmaq istəyir. Rusiya hərbi bazasının yerləşdiyi Lazkiyəni nəzarətdə saxlamağa çalışır, ABŞ isə həm İsrailin təhükəsizliyini təmin etmək, həm də neftlə zəngin bölgələri ələ keçirmək üçün PKK/PYD-nin nəzarət etdiyi bölgəni istəyir. Türkiyəyə Suriyada üç hissədən ibarət yeni xəritəni qəbul etməsi qarşılığında Kərkük neftindən pay verməyi təklif edəcəklər. Əlimizi zəiflədən ən böyük problem iqtisadi çətinliklərdir”, - o bildirib.

Türkiyə ordusunun ehtiyatda olan mayoru Mehmet Çanlı hesab edir ki, ABŞ İranın da bölünməsi ilə İsrailin təhlükəsizliyini gücləndirmək istəyir.

“ABŞ İranda daxili çaxnaşmalar yaratmaqla yanaşı, hava hücumları ilə müdaxilə ssenariləri də planlaşdırır. ABŞ İranda istədiyinə nail olarsa, İraq və Suriyada “kürd dövlətini” birləşdirmək üçün hərəkətə keçəcək”, - türkiyəli zabit diqqətə çatdırıb.

Asif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri