Icma.az
close
up
RU
Türk dünyasında yeni səhifə: Üç qardaş ölkə əməkdaşlığı dərinləşdirir

Türk dünyasında yeni səhifə: Üç qardaş ölkə əməkdaşlığı dərinləşdirir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan son illərdə xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatı (TDT) mühüm əməkdaşlıq platforması kimi çıxış edir. Məhz bu çərçivədə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin yeni mərhələyə yüksəldiyi, üçtərəfli tərəfdaşlıq formatına keçidin reallaşdığı qeyd olunur. Bu addım regionda əməkdaşlığın dərinləşməsinə və ortaq maraqların daha səmərəli şəkildə təmin edilməsinə xidmət edir.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişaf etdirilməsində aparıcı rol oynayır:
“Üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın formalaşmasına önəmli töhfə verir. Azərbaycan uzun illərdir Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanla ikitərəfli münasibətləri inkişaf etdirərək nəticədə çoxtərəfli əməkdaşlığın da formalaşmasına şərait yaratmışdır. Əvvəllər Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan formatında münasibətlərin inkişafı müşahidə olunurdusa, bu gün artıq Azərbaycan, Özbəkistan və Qazaxıstanın birgə ortaq layihələrdə iştirakı reallaşır. Eyni zamanda Türkmənistanda keçirilən Türkmənistan-Özbəkistan-Azərbaycan üçlü zirvəsi göstərir ki, Türkmənistan da bu proseslərdə aktiv iştirak etmək niyyətindədir. Xüsusilə Türkmənistan Milli Məclisinin rəhbərinin Azərbaycana səfəri, Qarabağa və Şərqi Zəngəzura ziyarətləri, həmçinin Füzuli bölgəsində Türkmən dövləti və xalqı adından məhcid tikintisi ideyasının irəli sürülməsi bu niyyətin əməli göstəricisidir. Prezidentin Türkmənistana səfəri zamanı məhcid layihəsinin təqdim olunması da Türkmənistanın Qarabağda aparılan quruculuq və abadlıq işlərinə sözlə deyil, əməllə dəstək vermək istəyini əks etdirir. Azərbaycanın uzun illərdir həyata keçirdiyi nəqliyyat şəbəkəsi layihələri də artıq daha da konkret nəticələr verir. Avropaya uzanan Orta Dəhliz, Özbəkistan, Türkmənistan, Xəzər dənizi və Ələt limanlarını birləşdirəcək marşrut üzrə inkişaf, həmçinin Azərbaycanın Özbəkistandakı faydalı qazıntıların işlənməsində iştirakı, Türkmənistan-Azərbaycan dostluq yatağının birgə işlənməsi bu potensialın böyük olduğunu göstərir”.
Deputat bildirib ki, Türkmənistan-Özbəkistan-Azərbaycan liderlərinin zirvə görüşü çox uğurlu və səmərəli olub:

“Türkmənistanın Türk Dövlətləri Təşkilatında aktiv iştirakı qarşıdakı illərdə daha da artacaqdır. Prezidentin çıxışında qeyd etdiyi kimi, Azərbaycan və digər Türk dövlətləri bir “Türk ailəsi”dir. Türk Dövlətləri Təşkilatına inteqrasiya və birgə layihələrin həyata keçirilməsi, həmçinin vətəndaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi zəruridir. Bu, qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu prosesdə aktiv iştirakı sevindiricidir. Türk Dövlətləri Təşkilatı Macarıstandan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə etməklə bu dövlətlərin iqtisadi, siyasi və hərbi gücünü birləşdirərək toxunulmaz və güclü bir qüvvəyə çevriləcəkdir. Bu güc ilk növbədə həmin dövlətlərin və millətlərin təhlükəsizliyinin təmin edilməsinə hədəflənmişdir. Bununla yanaşı, ərzaq təhlükəsizliyi məsələsi də önəmli yer tutur və bu dövlətlərin bu problemləri birlikdə həll etmək potensialı vardır. Region dövlətlərinin də bu güc qarşısında əməkdaşlıq etməsi və bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlı olması sevindiricidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türk dövlətlərinin birləşməsi, qüvvətlənməsi və birgə addımlar atması üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Eyni zamanda Türk dövlətlərinin Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdikləri layihələr də böyük qiymətə layiqdir. Bu cür qarşılıqlı layihələr və addımlar münasibətləri daha da möhkəmləndirəcək və bu birliyi heç bir xarici qüvvə poza bilməyəcəkdir”.
Politoloq İlyas Hüseyn diqqətə çatdırıb ki, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycanın əsas prioriteti Türk ailəsidir və bu ailə çərçivəsində əlaqələrin dərinləşməsi ölkəmizin maraqlarına uyğundur. Biz bu ailədə özümüzü hiss edirik və başqa ailəmiz yoxdur. Heç yerdə də bizi gözləmirlər. Bu, yalnız bəyanat səviyyəsində deyil, həm də əməli-praktiki nəticələrdə özünü göstərir. Xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin formalaşmasında Azərbaycanın rolu böyükdür. Bu səbəbdən Mərkəzi Asiyada keçirilən liderlərin samitində Prezident xüsusi qonaq qismində iştirak edir”.
Politoloq əlavə edib ki, artıq həmin dövlətlər Azərbaycanı öz siyasi coğrafiyasında görürlər:
“Bu, Azərbaycanın artan gücü, nüfuzu və geniş coğrafiyada əməkdaşlıq əlaqələrinin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq da böyük önəm daşıyır və mövcud reallıqlar bunu aktuallaşdırır. Bizim ortaq kökümüz, etnik-milli bağlarımız və ortaq siyasi, geosiyasi düşüncəmiz ölkəmizin prioritetlərini formalaşdırır və bu əsasında əlaqələr daha da dərinləşir. Türkmən torpağında keçirilmiş görüşün çox yaxşı nəticələr verəcəyinə əminik”.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Avqust 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri