Firudin Qurbanov: Dini maarifləndirmə olduqca vacib məsələlərdəndir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Dini maarifləndirmə olduqca vacib məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
"Həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir", - deyə F.Qurbanov bildirib.
O, təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. “Məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür”, - deyə nazir müavini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















