Icma.az
close
up
RU
Firudin Qurbanov QubaXaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Firudin Qurbanov QubaXaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Qusar rayonuna səfər edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da iştirak edib. Tövsiyələri ilə çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, qarşıda duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.

Görüş zamanı təhsil sahəsi üçün müəyyən edilmiş əsas hədəflərdən də danışılıb. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında region üzrə tədrisin təşkili ilə bağlı təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verib.

Görüşdə, həmçinin 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumi təhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif olunublar.

Sonda görüş iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri