Fitnes bloqer çəki artırma marafonu zamanı dünyasını dəyişdi FOTO/VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Rusiyanın Orenburq şəhərindən olan fitnes-bloqer Dmitri Nuyanzin çəkini süni şəkildə artırmaq üçün keçirdiyi marafon zamanı həyatını itirib.
İdman.Biz xəbər verir ki, 30 yaşlı bloqer bir neçə həftə ərzində yalnız burger, qızardılmış kartof və qazlı içkilərlə qidalanıb, nəticədə çəkisi 103 kiloqrama çatıb.
O, bundan sonra “Yeni ilə qədər 10% çəki atan iştirakçıya 10 min rubl (215 AZN) mükafat” vədi ilə öz arıqlama kursunu reklam etməyi planlaşdırırmış.
Nuyanzin yuxuda olarkən ürək dayanması səbəbindən vəfat edib.
Qeyd edək ki, bir neçə il əvvəl o, narkotiklə bağlı ittiham üzrə 8 ay həbs həyatı keçirib. Daha sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bloqerin həyat yoldaşı və bir yaşlı övladı qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















